Anadangəlmə ürək qüsurlarına dair təlimlər davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 13.06.2014-cü il tarixli Sərəncamına əsasən təsdiqlənmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən yenidoğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
20 Fevral 2017 15:42 SosialAzərbaycan Respublikası Prezidentinin 13.06.2014-cü il tarixli Sərəncamına əsasən təsdiqlənmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən yenidoğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Nazirlikdən "Olaylar" - a bildirilir ki, Anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə dövlət proqramı çərçivəsində Səhiyyə Nazirinin 2016-cı il 16 mart tarixli 57-S nömrəli Sərəncamına əsasən Respublika Perinatal Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Bakı şəhər Uşaq Klinik Xəstəxanasının iştirakı ilə yenidoğulmuş körpələr və uşaqlar arasında anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi neonatal skrininq proqramına start verildi. Skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarına yoxlanması məqsədilə "skrininq nəbz oksimetriyası" aparılaraq, ürək qüsuru, xüsusilə də, kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülməkdədi. "Rostropoviç-Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu pilot skrininq proqramı çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya və neonatologiya üzrə təkmilləşdirmə kurslarında 2016-cı ildən başlayaraq neonatoloqlar, pediatrlar, uşaq kardioloqları və reanimatoloqlar üçün "Neonatal kardiologiya" mövzusunda xüsusi təlim kursları keçirilir. Növbəti təlim 2017-ci il fevral ayında da həyata keçirildi.