Gündəm
Millət vəkilləri Madridə səfər edəcəklər
Martın 9-da və 10-da isə İspaniyanın Madrid şəhərində AŞPA Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər. İclaslarda Albaniyada, Bolqarıstanda, Serbiya və Ermənistanda keçiriləcək parlament seçkiləri, Türkiyədə Konstitusiya dəyişiklikləri, AŞPA çərçivəsində gender bərabərliyi, Rusiya Parlamenti ilə AŞPA arasında əməkdaşlıq və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Səfər martın 12-də başa çatacaqdır.
Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar
Martın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, həmçinin Monitorinq Komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən “Olaylar”a verilən məlumata gör, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.
Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir
Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar. Elə bu səbəbdəndir ki, dövlət hər zaman qadınlara xüsusi diqqət və qayğı ilə yanaşıb, onların ölkənin ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində məqsədəuyğun addımlar atıb.
Daha bir şəxs 4330 qram civəni satmaq istəyərkən saxlanılıb
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən daha bir şəxsi aşkar ediblər.
Qadınların ictimai-siyasi həyatda rolu artır
2017-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 918,8 min nəfərini qadınlar təşkil etmişdir. Statistika Komitəsindən verilən məlumata görə, ötən il doğulmuş 159,5 min körpənin 46,8 faizini qız uşaqları təşkil etmişdir. Qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir. Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır.
Respublikanın çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 240-260, Lənkəran-Astara bölgəsi çaylarında isə 160-420 faizini təşkil edir.
Hakimdən narazılıq var
Sumqayıtda ”Şərq Bazarı” ərazisində fəaliyyət göstərən 66 sahibkar Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.Müaraciətdə sahibkarlar Sumqayıt Şəhər Məhkəməsinin hakimləri Məmmədov Ceyhun Bəşir oğlunun və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin çıxardığı ədalətsiz qərarlardan şikayətçidirlər.Surəti redaksiyamıza göndərilən müraciəti təqdim edirik:
Elçin Hüseynbəyli yazır... Yaxşı nərd oynayan, amma daim uduzan adam
Qələm dostum İlqar Türkoğlu ilə Yasamal dolaylarını aşıb, rahatlanandan sonra keçmiş xatirələr yadımıza düşdü. Təbii, ilk olaraq məşhur şairimiz İlyas Tapdığı xatırladıq.
Serj Sərkisyanın Azərbaycan təhdidi
Cəbhədə yol verdiyi təxribatlardan sarsıdıcı zərbə alan Ermənistan prezidenti Serj Sərkisyan çoxsaylı əsgər ölümünə qarşı daxildə artan narazılığı yoluna qoymaq üçün növbəti dəfə ictimai rəyə hesablanmış cəhdlərə əl atıb. Erməni cəmiyyətini aldatmaq, onu ruhlandırmaq məqsədi daşıyan bu cəhddə isə məqsəd aprel ayına qədər ölkədə xalq kütlələrinin narazılığını, kütləvi aksiyaları önləmək və beləliklə parlament seçkilərində hakim partiyanın qələbəsinə nail olmaqdır. Maraqlıdır ki, Sərkisyanın ictimaiyyəti aldatmaq, onu ruhlandırmaq siyasətinə işğalçı ölkənin prezidentinin yaxın ətrafı da qoşulub. İlkin formalaşdırılan mövqe isə ondan ibarətdir ki, Ermənistan yaxın vaxtlarda istər keçən ilin apreli, istərsə də bu ilin fevral ayının son günlərində üzləşdiyi acı məğlubiyyətin əvəzini çıxacaq. Həm Ermənistan prezidenti Serj Sərkisyan, həm də onun yaxın ətrafı son günlər verdikləri açıqlamalarda İrəvanın hücum etmək məcburiyyətində qaldığını söyləyib.
Astarada TƏHLÜKƏLİ VƏZİYYƏT: yol çökdü
Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib. Yolda son vaxtlar tez-tez çökmə və sürüşmə baş verir. Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba və Vənəşekəş kəndindən keçən ərazidə müşahidə olunur.
XİN: "Tərəfdaşlığın inkişafında əsas rolu ölkə rəhbərlərinin müntəzəm görüşləri oynayır"
Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafında həlledici rolu ölkə rəhbərlərinin və hökumət nümayəndələrinin müntəzəm görüşləri oynayır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovazərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı deyib.
Arıdan xəbərsiz ballar
Orqanizm üçün ən faydalı hesab edilən, min bir dərdin dərmanı sayılan qidalardan biri də baldır. Balarılartərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida.Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.
Azərbaycan ərzaq təhlükəsizliyi ilə bağlı riski geridə qoyub
Məlum olduğu kimi, ərzaq çatışmazlığı bəşəriyyəti bütün tarix boyun izləyib. XIV-XV əsrlərə qədər millyonlarla inşan aclığın qurbanı olub. Yalnız son orta əsrlər dövründə Avropa ölkələrində ərzaq çatışmazlığından asılılıq zəifləməyə başladı. Lakin XX əsrin əvvəllərindən başlayaraq, aclıq beynəlxalq və qlobal problemə çevrildi. Nəhayət, 1996-cı ilin noyabrında Romada keçirilən Ümumdünya Sammitində razılaşdırıldı ki, inkişaf etmiş ölkələr ehtiyacı olan ölkələrə ərzaq yardımı etsin.
Milli Məclis həyəcan təbili çalır...
Martın 6-da Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclasda hazırlanmış “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Biz kimik?
Son vaxtlar türklük, türkçülüyə qarşı olan qeyri-sağlam münasibət, onu aşağılamaq cəhdləri təəccüblü olduğu qədər də təəssüfedicidir. Maraqlısı odur ki, bu dəfə türkçülüyə qarşı olan kampaniyaya qanunverici orqanın bəzi təmsilçiləri də cəlb edilib. Bu günlərdə millət vəkillərindən birinin azərbaycanlıların türk olmadığı barədə açıqlaması isə cəmiyyətdə haqlı narazılığa səbəb olub. Bir sıra araşdırmaçılar, təhlilçilər məsələyə elmi nöqteyi nəzərdən yanaşaraq həmin açıqlamaları heç bir əsası olmadığını sübuta yetiriblər.






.jpg)







