Millət vəkilləri Madridə səfər edəcəklər

Martın 9-da və 10-da isə İspaniyanın Madrid şəhərində AŞPA Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər. İclaslarda Albaniyada, Bolqarıstanda, Serbiya və Ermənistanda keçiriləcək parlament seçkiləri, Türkiyədə Konstitusiya dəyişiklikləri, AŞPA çərçivəsində gender bərabərliyi, Rusiya Parlamenti ilə AŞPA arasında əməkdaşlıq və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Səfər martın 12-də başa çatacaqdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31