Arıdan xəbərsiz ballar

Orqanizm üçün ən faydalı hesab edilən, min bir dərdin dərmanı sayılan qidalardan biri də baldır. Balarılartərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida.Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

Bazarları bürüyən saxta balları necə müəyyən etmək olar?

Orqanizm üçün ən faydalı hesab edilən, min bir dərdin dərmanı sayılan qidalardan biri də baldır. Balarılartərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida.Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır. Balın kimyəvi tərkibi 20% sudan, 75% şəkərdən və 5% başqa maddələrdən ibarətdir.Bal yüksək kolori qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Həkim Füzuli Hüseynovun sözlərinə görə, bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir. Tibb mütəxəssisi deyir ki, bal tez və ya gec qatılaşıb xarlanır. O, bildirib ki, balın kristallaşması təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir: " Bal arıların istehsal etdiyi təbii, müalicəvi bir məhsuldur. Arılar balı çiçəklərdən, bitkilərdən topladıqları şirələrdən-nektardan hasil edirlər. Nektar bitki çiçəyinin vəziləri tərəfindən ayrılan şəkərli şirin maddədir. Nektarın tərkibində sadə şəkərlər- fruktoza və qlyukoza, habelə mürəkkəb şəkərlərdən saxaroza və az miqdarda maltoza, melibioza, rafinoza vardır. Nektarın tərkibində şəkərin miqdarı bitkinin növündən asılı olaraq 3 faizdən 76 faizə qədər olur. Şəkərdən əlavə tərkibində az miqdarda zülallı maddələr, üzvi duzlar və mineral maddələr müvcuddur. Bir kiloqram bal hasil etmək üçün arı iki min uçuş edir, yüz minlərlə-milyonlarla çiçəklərdən nektar toplayır. Arı balı sorarkən ona nektarı bala çevirməsi üçün vacib olan udlaq vəzilərinin şirəsi də qarışır. İşçi arı gətirdiyi nektarı pətəkdə başqa arılara verir,onlar isə həmin şirəni boş olan qovuqcuqların divarının yuxarısından asırlar. Burada nektarın tərkibindəki artıq su tezliklə buxarlanır. Əsas gəlir vaxtı pətəkdə olan buxarı oradan kənar etmək üçün yuvanın üstündə uçuş bacasında bir dəstə arı qənədlərini aramsız titrətməklə pətəyin havasını dəyişdirir". Füzuli Hüseynov qeyd edib ki, təbii bal 2 cür olur: "Çiçək balı və gəzəngi bal. Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca, qaratikan, akasiya , günəbaxan, zeytun və s. çiçəklərdən götürülən bal yüksək keyfiyyətli, şabalıd, Dəfnə və s. bitkilərin balı isə aşağı keyfiyyətli hesab olunur. Gəzəngi balı arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələrinin, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən toplayırlar. Bu bal başqa bala nisbətən güclü bakteriosid (mikrob öldürən) təsirə malik olmaqla insan üçün qorxusuzdur. Dadına görə aşağı keyfiyyətlidir. Balın növləri isə bunlardır. Cökə balı, akasiya balı, günəbaxan balı, pambıq balı, şabalıd balı, keyfləndirici, yaxud zəhərli bal, gəzəngi balı". Həkim onu da deyir ki, balı yaşyarımdan kiçik körpələrə vermək olmaz. Çünki onlarda mədə-bağırsaq sistemi botulizm xəstəliyi yarada bilər: "Bal müalicəvi məhsul kimi yara, dəri və göz xəstəlikləri, tənəffüs yollarının müalicəsi, mədə bağırsaq xəstəlikləri, ürək damar sistemi xəstəliklərinə dərmandır". Füzuli Hüseynov onu da diqqətə çatdırıb ki, bu gün sənayeləşmənin o dərəcədə inkişaf etməsi təmiz bal ilə saxta balı bir-birindən ayırmaqda çətinlik yaradır: " Deməli, bal aromasından tutmuş müxtəlif bitkilərin aromaları ayrıca olaraq qlikoza, fruktoza, qalaktoza və s. kimi balın tərkibləri sintetik üsullarla alınıb, şəkər tozundan hazırlanılmış şərbətə qarışdırılır və saxta bal hazırlanılır. Amma bəzi adamlar düşünər ki, elə təmiz balın tərkibində bunlar vardırsa və bu maddələr saxta balın da tərkibində vardırsa, onda saxta bal yeməyin nə zərəri var. Deməli, saxta bal bildiyimiz kimi adi şəkər tozundan bişirilmiş qatı bir şərbətdir, burada təbii bitki nektarından söhbət belə gedə bilməz. Zahirən təbii bala bənzəsə də insan orqanizminə çox ziyanlıdır, daimi istifadə zamanı şəkər xəstəliyinə qapı açır. Bir dəfə işdə saxta bal hazırladıq və iş yoldaşlarımıza dadmaq üçün verdik. -Baxın, necə baldır? Hər kəs bir ağızdan əladır, dedilər və maraqlıdır ki, hər kəs də almaq istədi. Sonra saxta olduğunu dedik, biləndən sonra sizdən gözləmədiyimiz üçün belə etdik, dedilər". Bəs təmiz balı necə tanımaq mümkündür? Füzuli Hüseynov deyir ki, balı qaşıqla götürdükdə, bu zaman balın nazik tellərlə dartıldığı görüləcək: "Əgər tellər tez qırılırsa və qırılan kimi sürətlə dartılırsa bu keyfiyyətsiz baldır. Keyfiyyətli balın qoxusu burunu qıcıqlandırmır, saxta bala qarışmış sintetik esens ətirləri isə belə deyildir. 1 qaşıq balı 1 stəkana qoyun və üstünə qaynar su tökün, keyfiyyətli bal tez dağılmır, eləcə də suya tez qarışmır. Saxta bal isə belə deyildir. Yaxud, saxta bal dartıldığında hörümçək toru kimi havada uçar. Həmçinin saxta bal qırıq-qırıq axar, təbii bal isə davamsız qırılmadan axar. Təbii bal ilə şərbət hazırlananda bulanıqlıq verir, saxta bal isə şəffaf olur".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31