Azərbaycan ərzaq təhlükəsizliyi ilə bağlı riski geridə qoyub 

Məlum olduğu kimi, ərzaq çatışmazlığı bəşəriyyəti bütün tarix boyun izləyib. XIV-XV əsrlərə qədər millyonlarla inşan aclığın qurbanı olub. Yalnız son orta əsrlər dövründə Avropa ölkələrində ərzaq çatışmazlığından asılılıq zəifləməyə başladı. Lakin XX əsrin əvvəllərindən başlayaraq, aclıq beynəlxalq və qlobal problemə çevrildi. Nəhayət, 1996-cı ilin noyabrında Romada keçirilən Ümumdünya Sammitində razılaşdırıldı ki, inkişaf etmiş ölkələr ehtiyacı olan ölkələrə ərzaq yardımı etsin.

Hədəf ərzaq ehtiyaclarını 100% yerli məhsul hesabına ödəməkdən ibarətdir

Məlum olduğu kimi, ərzaq çatışmazlığı bəşəriyyəti bütün tarix boyun izləyib. XIV-XV əsrlərə qədər millyonlarla inşan aclığın qurbanı olub. Yalnız son orta əsrlər dövründə Avropa ölkələrində ərzaq çatışmazlığından asılılıq zəifləməyə başladı. Lakin XX əsrin əvvəllərindən başlayaraq, aclıq beynəlxalq və qlobal problemə çevrildi. Nəhayət, 1996-cı ilin noyabrında Romada keçirilən Ümumdünya Sammitində razılaşdırıldı ki, inkişaf etmiş ölkələr ehtiyacı olan ölkələrə ərzaq yardımı etsin. Roma Sammitinin iştirakçıları həmçinin davamlı inkişafın, yoxsulluqla mübarizənin və ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli hökumətlərin öhdəliyi olduğunu müəyyənləşdirdilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təsnifatı əsasında, keçmiş Sovet İttifaqının bir çox ölkələri kimi, Azərbaycan da ərzaq təminatı baxımından sıxıntı çəkən ölkələrin risk qrupuna daxil edilmişdi. Lakin Azərbaycan risk qrupundan çıxmaq üçün bir sıra vacib addımlar atdı. Daha dəqiq, Azərbaycan hökuməti əhalinin rifahını və ölkənin iqtisadi inkişafını yüksəltmək, işsizliyin və yoxsulluğun azaldılması üçün bir sıra tədbirlər həyata keçirdi. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə aqrar sektor qeyri-neft sektorunun prioritet sahəsi elan olundu və məhz onun sayəsində yoxsulluqla mübarizə, regionların inkişafı, əhalinin ərzaq təminatı və s. sahələrdə uğurla icra edilən dövlərt proqramları qəbul edildi. İqtisadi, o cümlədən aqrar sahədə islahatlar sürətləndirildi. Bütün kolxozlar və sovxozlar ləğv edilfi, onların mülkiyyəti və torpaqları isə təmənnasız olaraq kəndlilərə verildi. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergi verməkdən azad edildi, hər il onlara subsidiyalar və güzəştli kreditlər verilməklə dövlət dəstəyi təmin olundu. Görülən tədbirlər nəticəsində yoxsulluq və işsizlik səviyyəsi 5% səviyyəsində stabilləşdi, son 10 ildə əmək haqları 4 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 3 dəfə artırılıb.Bütün bunlar, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunmasını asanlaşdırdı və Azərbaycanın ərzaq təminatına görə riskli ölkələr qrupundan çıxmasına təsir göstərdi. Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, hazırda, Azərbaycan yerli istehsal hesabına bir çox məhsullarla özünü 85%-110% arasında təmin edir. Ölkəmiz xarici dövlətlərə kartof, tərəvəz, şəkər və s. məhsullar ixrac edir. Lakin ölkənin taxıla, südə və bitki yağlarına olan tələbatının 25-30%-i idxal hesabına ödənilir: "Ölkə əhalisinin bu məhsullara tələbatını tam ödəmək üçün taxıl və süd istehsalı ilə məşğul olacaq iri təsərrüfatların yaradılması prosesi gedir. Azərbaycan parlamenti yaxınlarda "Kənd Təsərrüfatı Kooperasiyaları haqqında" adlı qanun qəbul edərək, aqrar sektorun inkişafı üçün yeni impuls vermiş oldu. Dövlət fondundan iş adamlarına torpaq və kreditlər ayrılır, onlara lizinq yolu ilə yüksək produktivli mal-qara verilir, xarici ölkələrdən alınmış müasir texnika və texnologiyalar ötürülür". Komitə sədri bildirib ki, Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı hədəfi yaxın illər ərzində ərzaq ehtiyaclarımızı 100% yerli məhsul hesabına ödəməkdən ibarətdir. Bunun üçün yerli istehsalın çiçəklənməsi və idxal məhsullarını əvəzləyəcək məhsullarla bağlı yeni obyektlərin istifadəsi nəzərdə tutulub: "Hazırda, xarici ölkələrdən gətirilən inqredientlərin yerli məhsulların istifadəsində azaldılması üçün də tədbirlər görülür. İldən-ilə kənd təsərrüfatı məhsullarının ixracı artır və Azərbaycan ekoloji təmiz məhsulların istehsalı üçün böyük potensial qazanır. Respublikamız aqrar sektorda qarşılıqlı əməkdaşlığa hazırdır". Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman çox yüksək və çox müsbət qiymətləndirilməlidir: "Belə demək mümkünsə, bu Fərman əhəmiyyətinə, mahiyyətinə və məzmununa görə, hətta, tarixi və inqilabi bir sənəddir. Buna çoxdan ehtiyac duyulurdu və bu, əslində həm də cəmiyyətdən gələn sosial sifariş idi. Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman cəmiyyətdən gələn təşəbbüslərə çox böyük həssaslıq və diqqətlə yanaşır, onları daim fəaliyyətində nəzərə alır və buna uyğun olaraq da zaman-zaman müvafiq addımlar atır. Məlum Fərman da məhz bu istiqmətdə atılmış və çox düşünülmüş bir addımdır. Bu, hər kəs tərəfindən də müsbət qarşılanır. Bunun əksini də düşünmək mümkün deyil".E.İbrahimov bildirib ki, bütövlükdə hər bir cəmiyyətin sağlam inkişafı, gələcək nəsillərin sağlam böyüməsi, yetişməsi üçün ən vacib şərtlərdən və məqamlardan biri də ərzaq təhlükəsizliyi və onun şərtlərindən biri olan qida təhlükəsizliyidir. Onun sözlərinə görə, qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin tərkib hissəsi olmaqla, insan genefondunun təhlükəsizliyi, hətta, milli təhlükəsizlik kimi önəmli bir məsələdir: "Fərmanda Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun rəhbərliyi ilə Komissiya yaradılıb. Şübhəsiz ki, bu Komissiya agentliyin yaradılması və 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlaması üçün Fərmanda göstərilən bütün tədbirləri vaxtında və uğurla həyata keçirəcəkdir. Eyni zamanda Fərmanda Nazirlər Kabinetinə beynəlxalq təcrübə nəzərə alınmaqla "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə verilməsinə dair tapşırıq nəzərdə tutulmuşdur. Hesab edirəm və qəti şəkildə əminəm ki, bu Fərmandan irəli gələn vəzifələr zamanında və vaxtında həyata keçiriləcək, ölkəmizin qida təhlükəsizliyinin təmin olunması prosesində çox önəmli və müsbət nailiyyətlərə imza atılacaq. Milli Məclisin Aqrar siyasət komitəsi hazırlanacaq qanun layihəsinin vaxtında baxılıb Milli Məclisin plenar iclasına təqdim olunması üçün lazımi tədbirlər görəcəkdir". 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31