Serj Sərkisyanın Azərbaycan təhdidi

Cəbhədə yol verdiyi təxribatlardan sarsıdıcı zərbə alan Ermənistan prezidenti Serj Sərkisyan çoxsaylı əsgər ölümünə qarşı daxildə artan narazılığı yoluna qoymaq üçün növbəti dəfə ictimai rəyə hesablanmış cəhdlərə əl atıb. Erməni cəmiyyətini aldatmaq, onu ruhlandırmaq məqsədi daşıyan bu cəhddə isə məqsəd aprel ayına qədər ölkədə xalq kütlələrinin narazılığını, kütləvi aksiyaları önləmək və beləliklə parlament seçkilərində hakim partiyanın qələbəsinə nail olmaqdır. Maraqlıdır ki, Sərkisyanın ictimaiyyəti aldatmaq, onu ruhlandırmaq siyasətinə işğalçı ölkənin prezidentinin yaxın ətrafı da qoşulub. İlkin formalaşdırılan mövqe isə ondan ibarətdir ki, Ermənistan yaxın vaxtlarda istər keçən ilin apreli, istərsə də bu ilin fevral ayının son günlərində üzləşdiyi acı məğlubiyyətin əvəzini çıxacaq. Həm Ermənistan prezidenti Serj Sərkisyan, həm də onun yaxın ətrafı son günlər verdikləri açıqlamalarda İrəvanın hücum etmək məcburiyyətində qaldığını söyləyib.

Yaxud daxili auditoriyaya hesablanmış sərsəmləmələr

Müstəqil ekspert Rövşən Məmmədli deyib ki, Serj Sərkisyanın Azərbaycana qarşı növbəti dəfə hədə-qorxu gəlməsi erməniləri əməlli-başlı eyforiyaya soxub. Onun sözlərinə görə, bunu onların havadarlarının, habelə "intellektual" kəsimlərinin verdikləri rəylərdən görmək mümkündür: "Xatırladaq ki, Serj Sərkisyan Ermənistan Xarici İşlər Nazirliyində diplomatik korpusun nümayəndələri ilə görüş zamanı Azərbaycanın müharibə variantını davam etdirəcəyi təqdirdə Ermənistanın əlində olan bütün hərbi arsenaldan tam istifadə edəcəyini bildirmişdi. Rusiyanın qatı ermənipərəst publisisti, Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvü Aleksandr Dvornikov isə Serj Sərkisyanın bəyanatını Bakıya və beynəlxalq aləmə verilən xəbərdarlıq siqnalı, vasitəçilərə isə Azərbaycana təsir göstərməklə bağlı tələb kimi dəyərləndirib. O, bildirib ki, təkcə diplomatlar və hərbi ekspertlər deyil, jurnalistlər və müxtəlif ictimai strukturların nümayəndələri Azərbaycanın situasiyanı hərbi toqquşmaya qədər aparmaq istəyini görür. Barıt qoxusu həm Moskvaya, həm də dünyanın bir çox paytaxtına gedib çıxır. Bir çox dəyərləndirmələrə görə, yeni irimiqyaslı əməliyyatlar yaxın aylarda başlaya bilər. Ermənipərəst publisist onu da qeyd edib ki, Serj Sərkisyanın bu çağırışı həm də vasitəçilərə Azərbaycana təsir göstərmələri üçün bir tələbdir". Rövşən Məmmədli qeyd edib ki, Sərkisyanın sərsəmləmələri və ona olan reaksiyalardan ruhlanan bəzi erməni politoloqlar da Azərbaycana qarşı yeni əməliyyatlara başlamaq zərurətindən danışıblar. Hətta daha bir neçə rayonun işğal edilməsi ilə bağlı sayıqlamalar da səsləndirilib. Ekspert bildirib ki, erməni politoloq Levon Şirinyanın son açıqlaması məhz bu qəbildəndir: "Erməni politoloqu Levon Şirinyan deyərdim ki, əsl "havaya" girib. Ermənistan mətbuatına danışan Şirinyan Serj Sərksiyanın bəyanatını Azərbaycana qarşı hücum siyasətinin başlanğıcı kimi qiymətləndirib. Şirinyan bu bəyanata yalnız Dağlıq Qarabağ ətrafında gedən hadisələrin inkişafı çərçivəsində deyil, həm də Ermənistanın Rusiya və Qərblə yeni, daha geniş xarici siyasət konteksində yanaşır. Levon Şirinyanın fikrincə, Serj Sərkisyan bütün dünyaya səslənməklə rəsmi İrəvanın problemin həllində təkcə Rusiyaya güvənmədiyini, göstərmək istəyib. Politoloq onu da qeyd edib ki, görünür Ermənistan apreldən sonra Rusiyaya artıq əvvəlki kimi bel bağlamır. Levon Şirinyan Ermənistanın Azərbaycanla savaşmaq üçün resurslarının olmadığını da etiraf edib. O, bildirib ki, Azərbaycanla uzunmüddətli savaş perspektivində bizim resurslarımız azdır. Ona görə də bu ehtiyatları digər mənbələrdən axtarmaq məcburiyyətindəyik. Levon Şirinyanın fikrincə Ermənistan buna görə Rusiya və Birləşmiş Ştatlar arasında balanslaşdırılımış siyasətlə bağlı prosesə start verib. Politoloq bir çox ekspertin müharibənin yaxın vaxtlarda başlayacağı barədə verdikləri rəyləri birmənalı qəbul etmir. "Hər halda Azərbaycanın taktikası aydındır. Azərbaycan güc tükəndirmə, resursları xərclətdirmə siyasətini həyata keçirir. O, bunu aprel döyüşlərindən öncə də edirdi. İndi yenə əvvəlki taktikasına geri dönüb", - politoloq qeyd edib.Levon Şirinyan bu mərhələdə yeganə effektiv taktikanın Azərbaycana qarşı geniş miqyaslı hücum başlatmaq olduğunu düşündüyünü söyləyib. Onun düşüncəsinə görə, Ermənistan ordusu iki istiqamət üzrə zərbə vuracaq: "Zərbələr Yevlax və Sabirabada endiriləcək. Yevlax kommunikasiyaları kəsmək, Sabirabad isə talışları ayağa qaldırmaqüçündür". Levon Şirinyan Ermənistanın hücum etməkdən başqa əlacının qalmadığını qeyd edib: "Əgər Ermənistanda emiqrasiya bu templə davam etsə, bizim üçün heç bir perspektiv görünmür. 20 il sonra əlimizdə olan texnikanı kim işlədəcək? İndi Ermənistan hakimiyyəti dilemma qarşısında qalıb. Ya nələrisə dəyişməli, ya da hər şeyi lazımı şəkildə yerinə yetirməyə hazır insanlara yol verməlidir. Bundan sonra genosidə yol verə bilmərik. Ermənistan genişlənməlidir. İlk öncə bu beyinlərdə, daha sonra isə konkret məkanlarda və ərazilərdə baş verməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31