Gündəm

Təhsilimizin dostu,dilçiliyimizin generalı- Qəzənfər Kazımov

6 Mart 2017 14:06

Filologiya elmləri doktoru,professor Qəzənfər Şirin oğlu Kazımov  1937-ci ilmartın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu  kənd məktəbinin  direktoru idi.O,1943-cü ildə cəbhədə həlak olmuşdur. 

Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı

6 Mart 2017 14:02

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi martın 4-də paytaxtın Ziya Bünyadov prospektində yol polisi ilə mübahisəsi nəticəsində sürücü Əsgər Muradovun ölməsilə bağlı yayılmış video barədə araşdırmalara başlayıb.

Azərbaycan XİN: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması üçün potensial mövcuddur

6 Mart 2017 14:01

Bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır, ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi çətinliklərə və sarsıntılara məruz qalmayıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana gələcəklər

6 Mart 2017 13:54

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər. Bunu Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. O, digər həmsədrlərlə bərabər bu həftə ərzində Azərbaycanda səfərdə olacaqlarını açıqlayıb.

“Vaqif Arzumanlı-70”

6 Mart 2017 13:51

Azərbaycan Milli Kitabxanasında Ədəbiyyatşünas alim Vaqif Arzumanlının anadan olmasının 70 illiyi münasibətilə “Vaqif Arzumanlı-70” adlı kitab sərgisi təşkil olunub. Kitabxanadan “Olaylar” – a bildirilib ki, sərgidə alimin Azərbaycan və rus dillərində əsərləri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı, haqqında olan kitablar nümayiş olunub.

“Ən yaxşı bədii film” mükafatına...

6 Mart 2017 13:50

 Mirbala Səlimlinin “Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, proqramın əsas mükafatı filmimizə Kanada, İslandiya, İtaliya, Qırğızıstan, Filippindən olan münsiflər heyəti tərəfindən təqdim olunub. Dəkkə şəhərində keçirilən festivalda 60 ölkədən 150 film iştirak edib.

Politoloq: "Azərbaycan İranla bağlı ağıllı siyasət həyata keçirir"

6 Mart 2017 13:48

“Azərbaycan prezidentinin İrana səfəri uğurlu və əhəmiyyətli idi”. Bunu  politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, iki ölkə arasında dəmiryolu xətti ilə bağlı yeni imzalanan müqavilə göstərir ki, Azərbaycanın İranla bağlı ağıllı, uğurlu və gələcəyə hesablanan  strateji siyasət həyata keçirir: “Ölkə başçısının son səfəri də bu siyasətin davamıdır.  Ümumiyyətlə, İran Azərbaycanla qonşu dövlət olmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq edir. Bundan əlavə, soydaşlarımızın ən böyük hissəsi İran ərazisində yaşayır”.

Netanyahu Putinlə nədən danışacaq?

6 Mart 2017 13:36

İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiyaya səfəri gözlənilir. Səfər martın 9-da baş tutacaq.

Prezident: “Son vaxtlar Britaniya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna daha çox maraq göstərir” -  YENİLƏNİB

6 Mart 2017 13:35

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“İslam Həmrəyliyi İli ” çərçivəsində maarifləndirmə kampaniyasına başlanıldı

6 Mart 2017 13:30

Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İslam Həmrəyliyi İli” çərçivəsində Siyəzən rayonunda “İslam Həmrəyliyinin Azərbaycan Modeli ” adlı kampaniyanın ilk görüşünü həyata keçirib. “OLAYLAR”-ın xəbərinə görə, konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional ofisinin nümayəndəsi İlkin Xanlarzadə qeyd edib ki, kampaniya çərçivəsində təşkil olunan konfrans region gəncləri adından ölkəmizin dini tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini, həmçinin 2017-cı il Azərbaycanda “İslam Həmrəyliyi İli”nə dəstək xarakteri daşıyır. Konfransda, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aqil Abdulov , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Siyəzən rayon nümayəndəsi Aqil Əlisoy , Siyəzən rayon Gənclər və idman idarəsinin rəis müavini Vüsal Alışov , yəhudi və rus icmalarının nümayəndələri çıxış edərək tolerantlığın ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünyada Azərbaycanın mədəniyyətlərin və sivilizasiyaların dialoq mərkəzinə çevrildiyini qeyd etdilər.

Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb

6 Mart 2017 13:23

Təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb.

Məşhur müğənni sərbəst buraxıldı

6 Mart 2017 13:20

2016 – cı ildə sürücüsünü təhdidi edərək, döydürməkdə günahlandırılan məşhur türk müğənnisi Harika Avcı məhkəmə qərarı ilə sərbəst buraxılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İzmirə istirahətə gedən müğənninin polis tərəfindən axtarıldığı məlum olub. Səhər saatlarında 05:30 – da polislər tərəfindən saxlanılıb.

Metropoliten korroziyaya qarşı mübarizədə yeni vasitələrdən istifadə edir 

6 Mart 2017 13:19

Bakının mürəkkəb geoloji şəraiti metropolitenin fəaliyyətinə də təsir edir. Ən ideal hermetiklik, ventilyasiya sisteminin yüksək səmərəli işi metro tunellərini və avadanlıqlarını atmosfer korroziyasının dağıdıcı təsirindən qoruya bilməz. Ümumiyyətlə, Bakı metropolitenində həm atmosfer, həm də elektrokimyəvi korroziyanın təsirlərinin araşdırılmasına, onlarla mübarizəyə xüsusi diqqət yetirilir.

Hüquqşünaslar Assosiasiyası ATGTİ-ilə müqavilə imzaladı

6 Mart 2017 13:18

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi ilə “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqı arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

146 dövlət əmlakı hərraca çıxarılıb

6 Mart 2017 13:09

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 4-də növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca 146 dövlət əmlakı olmaqla, 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.