Metropoliten korroziyaya qarşı mübarizədə yeni vasitələrdən istifadə edir 

Bakının mürəkkəb geoloji şəraiti metropolitenin fəaliyyətinə də təsir edir. Ən ideal hermetiklik, ventilyasiya sisteminin yüksək səmərəli işi metro tunellərini və avadanlıqlarını atmosfer korroziyasının dağıdıcı təsirindən qoruya bilməz. Ümumiyyətlə, Bakı metropolitenində həm atmosfer, həm də elektrokimyəvi korroziyanın təsirlərinin araşdırılmasına, onlarla mübarizəyə xüsusi diqqət yetirilir.

Bakının mürəkkəb geoloji şəraiti metropolitenin fəaliyyətinə də təsir edir. Ən ideal hermetiklik, ventilyasiya sisteminin yüksək səmərəli işi metro tunellərini və avadanlıqlarını atmosfer korroziyasının dağıdıcı təsirindən qoruya bilməz. Ümumiyyətlə, Bakı metropolitenində həm atmosfer, həm də elektrokimyəvi korroziyanın təsirlərinin araşdırılmasına, onlarla mübarizəyə xüsusi diqqət yetirilir. "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra bu istiqamətdə tətbiq edilən yeniliklər sayəsində yerinə yetirilən işlərin səmərəsi xeyli artıb. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ilk növbədə, korroziya ilə mübarizə sahələrinin sayı iki dəfə artırılaraq 6-ya çatdırılıb, orada çalışanların sosial qayğılarına diqqət artırılıb, iş yerlərində maksimum rahatlıq yaradılıb. Korroziya ilə mübarizə briqadaları 2014-cü ildə 21842,3 kv.m sahəni təmizləmişdilərsə, 2015-ci ildə bu rəqəm 85311,45 kv.m olub. 2016-cı ildə tunel geyiminin korroziyadan təmizlənməsi 100 minlik həddi keçərək, 122502,167 kv.m-ə çatıb. Tunellərdə korroziya ilə mübarizədə ən effektli vasitələr korroziya əleyhinə boyalardır. Son üç ildə tunellərdə tətbiqi mümkün olan boyaların axtarışı, sınağı ilə bağlı əsaslı yeniliklər edilməklə, dünyanın aparıcı şirkətləri ilə əlaqələr yaradılıb, təcrübə mübadiləsi genişləndirilib. Bu müddət ərzində 11 şirkətin təklifi əsasında 13 müxtəlif boya və digər məhsullar sınaqdan çıxarılaraq Bakı metropoliteni şəraitində istismara yararlığı qiymətləndirilib. Korroziyanın illik sürətini, qurğuların aşılanma dərəcəsini, korroziya əleyhinə boyanın keyfiyyətini təyin etməyin əhəmiyyəti böyükdür. Bu parametrlərin təyin edilməsi üçün son 3 ildə 10 fərqli istiqamətdə ölçmələrə imkan verən 5 tipdə və 13 adda 40 cihaz, alət və avadanlıq alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31