Gündəm
AVCİYA əsgərlərin vətənpərvərlik tərbiyəsinə dəstək verir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) növbəti layihənin icrasına başladı. “Hərbi hissələrdə əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə vətəndaş cəmiyyətinin dəstəyi” layihəsi çərçivəsində N saylı hərbi hissədə ilk tədbir keçirildi.
Suriyada daha bir rusiyalı hərbçi ölüb
Suriyada daha bir rusiyalı hərbçi ölüb. Bu, 23 yaşlı İvan Slışkindir. İ. Slışkin döyüş tapşırığı yerinə yetirərkən ölüb.
Əli Həsənov: "Mehman Hüseynov konkret cinayət əməlinə görə məhkum olunub, onun həbsini siyasiləşdirmək yolverilməzdir"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirib.
MÜHARİBƏ BAŞLADI? Şimali Koreya Yaponiyaya 3 raket atdı - VİDEO
Şimali Koreya dörd raketi birdən atıb. Koreyanın Yapon dənizinə doğru ard-arda atdığı ballistik raketlər dünyanı ayağa qaldırıb. Yaponiya raketlərdən üçünün ölkə sahillərinə düşdüyünü açıqlayıb.
Siyasi şərhçi: “Bəzi qonşularımız bunu düzgün dəyərləndirə bilmir”
“İran Azərbaycanın qonşusudur. Təbii ki, bizim dövlətimiz bütün qonşularla, o cümlədən İranla dost münasibətlərinə üstünlük verir. O baxımdan cənab Prezidentin səfəri önəmlidir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Azərbaycan Mətbuat Şurasının «Apasport.az»a təbriki
Martın 5-də Azərbaycanın ən böyük idman portalı olan «Apasport.az»ın fəaliyyətə başlamasından 10 il ötür. Bu münasibət ilə onun yaradıcı kollektivinin hər bir üzvünü təbrik edir, uğurlar arzulayırıq.
ADU-da təqdimat mərasimi keçirilib
Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” əsərinin ingilis dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.
Zorakılığa məruz qalmış uşaqların siyahısı açıqlandı
2010-cu ildə Azercell Telekom MMC-nin dəstəyi ilə yaranan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 6 illik hesabatını açıqlayıb. Fəaliyyət göstərdiyi bu illər ərzində Qaynar xəttə ümumilikdə 18.140 zəng daxil olub ki, onlardan 2163-ü hüquqi, 3583-ü psixoloji, 453-ü səhiyyə , 4757-si təhsil, 6137-si sosial, 1047-si isə digər müraciətlərlə bağlı olub. Bu müraciətlərdən 12.045-i şəhərdaxili, 5778-i mobil, 152-si mobil-sms, 165-i isə elektron məktubla edilib. Təkcə 2016-cı il yanvar-dekabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3516 zəng daxil olub.
Azərbaycanda iki zəlzələ qeydə alınıb
Azərbaycanda iki zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:24-də Kəlbəcərərazisində zəlzələ baş verib. 3.8 maqnitudalı zəlzələ 10 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb. Saat 10:38-də isə Xəzər dənizində zəlzələ qeydə alınıb. 46 km dərinlikdə baş verən 3.2 maqnitudalı zəlzələ hiss edilməyib.
Hava yağmursuz keçəcək
Bakı və Abşeron yarımadasında martın 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Vüqar Bayramov: "İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşdır"
Azərbaycan Respublikası Prezidentinin İrana səfəri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafını bir daha gündəmə gətirdi. Bunu SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Politoloq: “Separatçı rejimə silah satanlar beynəlxlaq məhkəməyə verilməlidir”
“Qondarma Dağlıq Qarabağ respublikası de fakto Ermənistan tərəfindən idarə olunsa da, özlərini müstəqil dövlət kimi qələmə verməyə çalışırlar. Bütün beynəlxalq qurum və təşkilatlar təbii olaraq bu rejimin müstəqilliyini tanımayıb. Əksinə, bütün beynəlxalq razılaşmalarda və sənədlərdə Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan əraziləri kimi göstərilir. Lakin araşdırılması və hüquqi qiymət verilməsi gərəkli olan bir məsələ var”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə əlaqə saxlayıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı baş tutub. Telefon danışığı dünən axşam saatlarında Almaniya tərəfinin təşəbbüsü ilə gerçəkləşib.
Şok kadrlar: yanmamaq üçün 8-ci mərtəbədən atıldı - VİDEO
Dünən Rusiyanın paytaxtı Moskvada çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub. Molostovıe küçəsi, ev 17, korpus 2 ünvandakı çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərdən birində güclü yanğın olub.
Prezident Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib
Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.














