Şok kadrlar: yanmamaq üçün 8-ci mərtəbədən atıldı - VİDEO
Dünən Rusiyanın paytaxtı Moskvada çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub. Molostovıe küçəsi, ev 17, korpus 2 ünvandakı çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərdən birində güclü yanğın olub.
6 Mart 2017 12:05 DünyaDünən Rusiyanın paytaxtı Moskvada çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub. Molostovıe küçəsi, ev 17, korpus 2 ünvandakı çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərdən birində güclü yanğın olub. Alov az sonra 9-cu mərtəbədəki mənzilə keçib. 8-ci mərtəbədəki mənzildə yaşayan qadın diri-diri yanmaqdan qurtulmaq üçün özünü aşağı atıb. Səkkizinci mərtəbədən düşən qadın çox ağır travmalar alsa da, sağ qalıb. Alovlanmış iki mənzildən 5 nəfər xilas olunub. Milli.az TVC-yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31