Gündəm
5 131 reabilitasiya vasitəsi və protez- ortopedik məmulat verilib
Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2 150 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Bakıda “Novruz çadırları” qurulub
Bakıda Novruz Bayramı ilə bağlı milli adət-ənənələrimizə uyğun olaraq, müxtəlif çadırlar qurulub. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən məlumat verilib.
“XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfrans
Azərbaycan Dövlət “Yuğ” teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyəti və Teatrşünaslıq kafedrasının təşəbbüsü ilə “XX əsrin teatr tendensiyaları” (The Solo Me and You) mövzusunda tələbə elmi konfransı keçirilib. Universitetdən “Olaylar” – a verilən məlumata görə, konfransı giriş sözü ilə açan Teatrşünaslıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Beynəlxalq layihələr üzrə müşavir Şaiq Səfərov “XX əsrin teatr tendensiyaları” mövzusu ilə bağlı fikirlərini bölüşüblər.
Musiqili Uşaq Teatrı “Qırmızı Papaq” tamaşası ilə çıxış etdi
Bu günə qədər bir çox tamaşaları uğurla səhnələşdirən Musiqili Uşaq Teatrı bu dəfə Şarl Perronun “Qırmızı Papaq” nağılı ilə öz tamaşaçılarının görüşünə gəlib.
Ərdoğan açıqladı: "Almaniyada nasizm hələ də davam edir"
Mən istəsəm, Almaniyaya gələrəm. Əgər ölkəyə girişə icazə verməsəniz, yaxud çıxışıma qadağa qoysanız, dünyanı ayağa qaldıraram. Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.
Tahir Mirkişili: “Azərbaycan və İran arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb”
"Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir". Bunu millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, həm iqtisadi, həm siyasi, həm də beynəlxalq əməkdaşlıq müstəvisində böyük irəliləyişlər var.
Elnur Məmmədov: "Azərbaycanda muay taya yeni nəfəs gətiriləcək"
“K-1-in əsas baza idman növü kimi muay tay hər zaman diqqətimizdədir. Bu idman növü 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının müsabiqədən kənar idman proqramına daxil edilib. Ona görə, Azərbaycan idmançılarının bu növdə dünya səviyyəsində nəticələr göstərmələri vacibdir. Bütün bunları nəzərə alaraq, “Best of the Best” promoşn qrupu Azərbaycan Muay Tay Federasiyasına (AMF) dəstək məqsədilə 9-cu ölkə çempionatının əsas təşkilatçısı oldu”. Bunu SİA-ya açıqlamasında muay tay üzrə 9-cu Azərbaycan çempionatının əsas təşkilatçısı, “Best of the Best” promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov deyib.
Tanınmış ekspert jurnalistlərə etiraz etdi: bu məlumatı mən ötən il paylaşmışam
Yol-nəliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynovmedia nümayəndələrinə, xüsusən də informasiya saytlarının əməkdaşlarına onun adından yanlış məlumat yayılmasına görə etiraz edib: "İki gündür ki, mənə istinadən bir məlumat yayılır, təxminən bu adla: "Sürücülərin nəzərinə: Sabahdan yeni cərimələr qüvvəyə minir - SİYAHI" və s. Bu məlumatı mən 2016-cı ilin fevral ayında yaymışam. Kimsə arxivdən tapıb, aktivləşdirib, yenidən yayıb, guya ki təzədir, bu gündən qüvvəyə minir və s.
Çeçenistan silkələndi - ZƏLZƏLƏ
Çeçenistanın paytaxtı Qroznı şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Moskva vaxtı ilə 04:26-da qeydə alınan yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Bakıda 2 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladı
Martın 6-dan Bakıda 2 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayıb.”Olylar” xəbər verir ki, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər. 2 saylı “ASAN Kommunal” mərkəzində “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən 45 növ xidmət göstəriləcək. Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı “ASAN Kommunal” mərkəzinin açılması planlaşdırılır.
Nişanlısının başını kəsdi
Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısına (oğlanın adı hələ açıqlanmır) üzüyü geri qaytarmağı barədə xəbər göndərib.
Uşaqlara ziyan verən xəbərləri yayanlar cəzalanacaq
Martın 6-da Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. “Oaylar” xəbər verir ki, iclası komitə sədri Aqiyyə Naxçıvanlı açaraq bildirib ki, iclası gündəliyinə bir məsələ daxildir. Bu, komitə tərəfindən hazırlanmış “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsidir.
Ən çox hansı nazirliyə müraciət edilib?
Fevral ayı ərzində “Elektron hökumət” portalında ən çox müraciət olunan sahələr müəyyənləşib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, fevral ayı ərzində “Elektron hökumət” portalı vasitəsi ilə 1.673.687 dəfə elektron xidmətlərə müraciət sayı qeydə alınıb. Xidmətlərinə ən çox müraciət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏCMN).
Helikopter qəzasında ölənlərin sayı 9-a çatdı
Yaponiyanın Naqano prefekturasında xilasedicilər qəzaya uğrayan helikopterin qalıqları altından daha 6 nəfərin meyitini çıxarıblar. Bundan əvvəl hadisə yerində 3 nəfərin meyiti aşkarlanıb. Naqano prefekturasının xilasedici xidmətinə məxsus "Bell 412" helikopteri martın 5-də təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.
Keçən ay Sakinlərin Müraciət Xidmətində 4390 zəng cavablandırılıb
2017-ci il fevral ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətində 4390 zəng cavablandırılıb. “OLAYLAR”-ın xəbərinə görə, birbaşa cavablandırılan zənglərin sayı 3759, yaradılan əks əlaqələrin sayı 734, günlük orta zəng sayı 156, tərtib edilən şikayət vərəqələrinin sayı 631 olub. Şikayət xarakterli müraciətin 631-nin icrası təmin edilib, o cümlədən 501-i və ya 79,4 faizi tam həll olunub, 73-ü və ya 11,6 faizi qismən həll edilib, 57-i və ya 9 faizinə müvafiq izahat verilərək həll edilib. Xidmətə ay ərzində 29 təşəkkür müraciəti daxil olub.














