Bakıda “Novruz çadırları” qurulub

Bakıda Novruz Bayramı ilə bağlı milli adət-ənənələrimizə uyğun olaraq, müxtəlif çadırlar qurulub. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Bakıda Novruz Bayramı ilə bağlı milli adət-ənənələrimizə uyğun olaraq, müxtəlif çadırlar qurulub. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, hazırda paytaxtda 5 yerdə belə çadırlar qurulub və bunların sayı artırılacağı gözlənilir. Çadırlarda əsasən, bayram atributları, müxtəlif şirniyyatlar, suvenirlər və geyimlər tapmaq olar. Bu çadırlar əhalinin daha sıx olduğu küçə və meydanlarda, eləcə də metronun stansiyaları yaxınlığında qurulub.Belə ki, bunda məqsəd sakinlərin bayram alış-verişini asanlaşdırmaqdır. Məlumatda o da bildirilir ki, çadır-satış mərkəzlərindəki qiymətlərlə bazardakı qiymətlər araslnda xeyli fərq var. Bayram çadırları martın 25-ə qədər fəaliyyət göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31