Elnur Məmmədov: "Azərbaycanda muay taya yeni nəfəs gətiriləcək"
“K-1-in əsas baza idman növü kimi muay tay hər zaman diqqətimizdədir. Bu idman növü 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının müsabiqədən kənar idman proqramına daxil edilib. Ona görə, Azərbaycan idmançılarının bu növdə dünya səviyyəsində nəticələr göstərmələri vacibdir. Bütün bunları nəzərə alaraq, “Best of the Best” promoşn qrupu Azərbaycan Muay Tay Federasiyasına (AMF) dəstək məqsədilə 9-cu ölkə çempionatının əsas təşkilatçısı oldu”. Bunu SİA-ya açıqlamasında muay tay üzrə 9-cu Azərbaycan çempionatının əsas təşkilatçısı, “Best of the Best” promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov deyib.
6 Mart 2017 11:48 İdman"K-1-in əsas baza idman növü kimi muay tay hər zaman diqqətimizdədir. Bu idman növü 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının müsabiqədən kənar idman proqramına daxil edilib. Ona görə, Azərbaycan idmançılarının bu növdə dünya səviyyəsində nəticələr göstərmələri vacibdir. Bütün bunları nəzərə alaraq, "Best of the Best" promoşn qrupu Azərbaycan Muay Tay Federasiyasına (AMF) dəstək məqsədilə 9-cu ölkə çempionatının əsas təşkilatçısı oldu". Bunu SİA-ya açıqlamasında muay tay üzrə 9-cu Azərbaycan çempionatının əsas təşkilatçısı, "Best of the Best" promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov deyib.
O qeyd edib ki, məşhur dünya ulduzu, K-1 döyüşçüsü Tural Bayramovun AMF-yə yeni I vitse-prezident təyin olunması bu növün inkişafına yönəlmiş addımdır: "T.Bayramov ölkəmizin muay tay idman növü üzrə beynəxalq arenalarda yüksək səviyyədə təmsil olunması üçün ən güclü idmançıların seçilməsi və hazırlanmasına xüsusi diqqət yetirəcək. Azərbaycanda muay taya yeni nəfəs gətiriləcək. May ayında Minskdə bu idman növü üzrə dünya çempionatı keçiriləcək. Orada dünyanın ən güclü döyüşçüləri iştirak edəcəklər. Azərbaycan milli komandası da dünya çempionatında mübarizə aparacaq".
E.Məmmədov muay tayda ən güclü idmançıların K-1 döyüşlərində iştirak etməsinin mümkün olduğunu vurğulayıb: "Muay tay üzrə ən yaxşı nəticələr göstərən idmançıları K-1 döyüşlərinə də cəlb edə bilərik. Milli komandaya tanınmış ukraynalı mütəxəssis Ruslan Krivuşanı baş məşqçi olaraq dəvət etmək niyyətindəyik. Onun rəhbərliyi ilə yığma komandamız üçün təlim-məşq toplanışları təşkil olunacaq. Məşqçilər və döyüşçülərimizə seminarlar keçmələri üçün Taylanddan mütəxəssislər də dəvət edəcəyik".
O, K-1 üzrə dünya yığması ilə Azərbaycan komandası arasında yoldaşlıq görüşünün təşkil edilməsinin də nəzərdə tutulduğunu bildirib.