Musiqili Uşaq Teatrı “Qırmızı Papaq” tamaşası ilə çıxış etdi
Bu günə qədər bir çox tamaşaları uğurla səhnələşdirən Musiqili Uşaq Teatrı bu dəfə Şarl Perronun “Qırmızı Papaq” nağılı ilə öz tamaşaçılarının görüşünə gəlib.
6 Mart 2017 11:54 MədəniyyətBu günə qədər bir çox tamaşaları uğurla səhnələşdirən Musiqili Uşaq Teatrı bu dəfə Şarl Perronun "Qırmızı Papaq" nağılı ilə öz tamaşaçılarının görüşünə gəlib.
Teatrdan "Olaylar" -a bildirilir ki, quruluşçu rejissor və senari müəllifi Elşad Rəhimzadəyə məxsus olan tamaşa bir qədər dəyişdirilmiş interpretasiya ilə təqdim olundu. Tamaşada müasirliklə birlikdə milli yanaşmanı da görmək mümkün idi. Buna tamaşanın personajlarından biri olan "dovşan" obrazında istifadə olunan kəlağayı və ifa etdiyi "Ay lolo" xalq mahnısını misal göstərə bilərik. Eyni zamanda tamaşada rəqs nümunələrinə də geniş yer verilib. Tamaşada iştirak edən personajların, "balaca aktyorların" oyununu da xüsusi diqqət çəkdi.
Qeyd edək ki, tamaşanın səhnə tərtibatı Dilarə xanım Əliyevaya məxsus idi. Dekorasiyada təbii odun və ağac istifadə olunmuşdu.