MÜHARİBƏ BAŞLADI? Şimali Koreya Yaponiyaya 3 raket atdı - VİDEO

Şimali Koreya dörd raketi birdən atıb. Koreyanın Yapon dənizinə doğru ard-arda atdığı ballistik raketlər dünyanı ayağa qaldırıb. Yaponiya raketlərdən üçünün ölkə sahillərinə düşdüyünü açıqlayıb.

Şimali Koreya dörd raketi birdən atıb. Koreyanın Yapon dənizinə doğru ard-arda atdığı ballistik raketlər dünyanı ayağa qaldırıb. Yaponiya raketlərdən üçünün ölkə sahillərinə düşdüyünü açıqlayıb. Şimali Koreyanın ballistik raket sınaqlarına yenilərini əlavə etməsi beynəlxalq xəbər agentlikləri tərəfindən "təcili" başlıqlı adı altında yer alıb. Dörd ballistik raketin birincisi bu səhər yerli saatla 07.36-da atılıb. Bunu Yaponiya baş naziri Şinzo Abe açıqlayıb.  Cənubi Koreya ordusu, raketlərin Şimali Koreya-Çin sərhədində yerləşən Tonqçanq bölgəsindən atıldığını deyib. Cənubi Koreya raket sınağı sonrası həyəcan keçirdiyini etiraf edib. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31