146 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 4-də növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca 146 dövlət əmlakı olmaqla, 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.
6 Mart 2017 13:09 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 4-də növbəti hərrac keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, hərraca 146 dövlət əmlakı olmaqla, 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Sumqayıt şəhərində yerləşən "1 saylı təsərrüfat hesablı stomatoloji poliklinika", Astara şəhərində yerləşən "Azərbaycan" kinoteatrı, Qusar rayonunda yerləşən "Qusar Tədarük Satış Bazası" və digərləri aiddir. Göstərilən keçidə daxil olmaqla həmin əmlaklar ilə yaxından tanış olmaq olar. Hərraca çıxarılan müəssisələr sırasında Ağsu Sənaye İnşaat, Daşkəsən Aqrotexservis, Əli Bayramlı Kəndnəqliyyat, Lənkəran Mebel, Zaqatala Fındıq kimi iri dövlət əmlakları var. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Sumqayıt şəhərində yerləşən 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikasıdır. Qeyd olunan bu əmlakın ilkin start qiyməti 412 min manatdır. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 12-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Ağstafa və Kürdəmirdə yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 63 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 31 min manat start qiyməti təyin olunub.