Hüquqşünaslar Assosiasiyası ATGTİ-ilə müqavilə imzaladı
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi ilə “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqı arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.
6 Mart 2017 13:18 Sosial"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İctimai Birliyi ilə "Azərbaycan Tələbə Gənclər Təşkilatları" İttifaqı arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. "OLAYLAR"-ın xəbərinə görə, əməkdaşlıq müqaviləsinin imzalanması "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının üzvü Zaur Niftəliyev və "Azərbaycan Tələbə Gənclər Təşkilatları" İttifaqı nın sədri, millət vəkili Şahin İsmayılovun iştrakı ilə baş tutub. Müqavilənin predmeti tərəflərin qeyri-kommersiya fəaliyyətləri ilə bağlı Nizamnamələrində göstərilən məqsədlərinə nail olmaları üçün birgə fəaliyyətləri üzrə əməkdaşlığı təşkil edir. Əsas məqsəd isə hüquqşünas tələbələrin bilik və bacarıqlarının inkişafı, praktiki yollarla onlara peşəkar mütəxəssis olmaları üçün yaxından köməklik göstərməkdir.