Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar
Martın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, həmçinin Monitorinq Komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən “Olaylar”a verilən məlumata gör, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.
6 Mart 2017 14:56 SosialMartın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, həmçinin Monitorinq Komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən "Olaylar"a verilən məlumata gör, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlar Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər. Tədbirlərdə Hökumət səviyyəsində korrupsiya, Yeni Tunis hökumətinin yürütdüyü siyasət, Belorusda vəziyyət və digər məsələlər müzakirə olunacaqdır. Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəklər.