Gündəm

Hökumətin hesabatı deputatlara paylandı

6 Mart 2017 15:24

Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatı Milli Məclisdə daxil olub. Bu barədə millət vəkili Zahid Oruc məlumat verib. Onun sözlərinə görə hesabat yaxın günlərdə deputatlara paylanacaq. Hesabatı martın 17-də keçiriləcək plenar iclasda baş nazir Artur Rəsizadə təqdim edəcək.

Sabah Milli Məclisin iclası keçiriləcək

6 Mart 2017 15:23

Martın 7-də Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında, A.S.Quliyevin , V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlərə baxılacaq, həmçinin insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.

Ekspert: "Azərbaycan İslam dünyasında və beynəlxalq aləmdə söz sahibinə çevrilib"

6 Mart 2017 15:21

Bildiyimiz kimi, iki ay sonra Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu ərəfələrdə ölkə Prezidenti İlham Əliyevin İslam ölkələrinə, eləcə də Körfəz ölkələrinə səfərləri özündə bir çox mühüm məqamları əks etdirir. Bu mənada, cənab Prezidentin qonşu İrana səfəri və orada keçirdiyi görüşlər birmənalı olaraq Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolun - ölkəmizin və bilavasitə dövlət başçımızın yüksək nüfuzunun İslam dünyasında mövcud göstəricisidir.

"Səviyyəsiz adamlar idi, məni təhqir edirdilər" - Arif Rəhimzadə

6 Mart 2017 15:20

Vaxtilə "Azərbaycan dili" əvəzinə "Türk dili" tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində "Azərbaycan dili" dərsliklərə salındı. Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk? Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var.

Foto müsabiqənin qalib xanımları mükafatlandırılacaqlar

6 Mart 2017 15:18

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə “İslam ölkələri qadınlarının inkişafı” adlı fotomüsabiqə təşkil edib. Komitədən verilən məlumata görə, foto müsabiqə 3 nominasiya – “Ana obrazı” “İdmançı qadın”, “Lider qadınlar” üzrə keçirilib.

Sərhədçilər and içdi

6 Mart 2017 15:15

Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Xidmətdən verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Kəlbəcərli seçicilərin qəbulu keçirilib

6 Mart 2017 15:14

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. “OLAYLAR”-ın xəbərinə görə, növbəti qəbul martın 6-da keçirilib.

Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneə

6 Mart 2017 15:13

“Moskvanın ikibaşlı Qarabağ siyasəti Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneədir”. Bu fikirləri “OLAYLAR”–a Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu Rusiyanın regionda millətlərarası münaqişənin qızışdırılması, etnik separatizmin alovlandırılması ilə, öz təsir rıçaqlarını saxlamağa hesablanmış siyasətinin tərkib hissəsidir: “Moskvanın regionda hərbi forpostu olan Ermənistan, Rusiyanın imperiya ambisiyalarını həyata keçirməkdə bir vasitədir.

Neft bazarının durumu bir az da qara görünür

6 Mart 2017 15:12

“Əvvəldən də gözləndiyi kimi ABŞ-ın şist layihələri OPEK və Rusiyanın qiymət artımına yönəlik təşəbbüslərinin təsirini əhəmiyyətli dərəcədə azaldır. Son məlumata görə, axır 1 ayda şist yataqlarının sayı 2015-ci ilin oktyabrından sonra ən yüksək həddə çatıb. 2016-cı ilin sentyabrından sonra hər ay ABŞ-ın gündəlik şist neft hasilatı orta hesabla 125 min barrel artıb. Halbuki 2011-2014-cü illərdə gündəlik artım 93 min barreldən çox olmamışdı. Sürətli artım nəticəsində hazırkı dövrə ölkənin ümumi neft hasilatı gündəlik 9 mln. barreli ötüb. Rusiyalı energetika ekspertləri yazır ki, onlar ABŞ-da neft hasilatının belə sürətli bərpa olunacağını gözləmirmiş”.

Regional təhlükəsizlik məsələlərində Azərbaycan-İran münasibətlərinin uzlaşdırılması mühüm hadisədir

6 Mart 2017 15:10

«Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir. Həm iqtisadi, həm siyasi, həm də beynəlxalq əməkdaşlıq müstəvisində böyük irəliləyişlər var. Keçən il iki dövlət arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb, İran Azərbaycana dərman və avtomobil istehsalının təşkili üçün investisiya yatırmağa başlamışdır.

“Ermənistan cəbhədə təxribatlardan o tərəfə keçməyə cəsarət etməyəcək”

6 Mart 2017 15:09

“Ermənistan cəbhədə təxribatları davam etdirir. Amma Ermənistan müstəqil dövlət deyil ki, qərar verib hərbi əməliyyatlara başlasın”. Bunu millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, bu əməliyyatlarla bağlı əmri Ermənistana onun sahibləri verə bilər: “Sahiblərinin isə hələlik başı qarışıqdır. Ukraynada böhran bitməyib, Suriyada əməliyyatlar davam edir. Ona görə də Qarabağda hansısa yeni bir hərbi toqquşma Qərblə münasibətlər müəyyənləşməyənə qədər gözlənilmir. Hər şey Qərblə Rusiyanın münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq”.

Ermənistanın yeni ərazi iddiaları nəyə hesablanıb?

6 Mart 2017 15:07

“Ermənistanda ənənəvi olaraq seçki ərəfəsində hərbi ritorika güclənir və mütəmadi olaraq nəinki Azərbaycana, eyni zamanda digər qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Hətta vaxtilə Sarkisyan tərəfindən Türkiyəyə qarşı da ərazi iddiaları dilə gətirilmişdi”. Bunu  siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

Deputat: “Azərbaycanla İran arasında dostluq münasibətləri regiona böyük fayda verir” 

6 Mart 2017 15:05

“Azərbaycan qonşuları ilə yüksək səviyyədə əlaqələr qurur, əməkdaşlığı genişləndirir. Bu əməkdaşlıq regionda sabitliyin təmin olunması, iqtisadiyyatın inkişafına xidmət edir. Azərbaycan Prezidentinin İran İslam Respublikasına səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir”. Bunu millət vəkili Azər Badamov deyib.

“Azərbaycan- İran arasında iqtisadi əlaqələr daha da güclənəcək"

6 Mart 2017 15:03

“Azərbaycanla İran arasında iqtisadi əlaqələr mövcud potensialın altındadır. Bunun da müxtəlif səbəbləri var”. Bu fikirləri  iqtisadçı-ekspert Rəşad Həsənov deyib.  

8 Mart-Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçiriləcək

6 Mart 2017 15:01

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində “JW Marriott Absheron” Otelinin Şərq zalında 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Komitədən “Olaylar2a verilən məlumata görə, tədbir ənənəvi olaraq, rəsmi və bədii hissədən ibarət olacaqdır.Tədbirdən əvvəl qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edəcəklər. Daha sonra Azərbaycan qadınlarına həsr olunmuş qısametrajlı film nümayiş olunacaqdır.