Foto müsabiqənin qalib xanımları mükafatlandırılacaqlar
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə “İslam ölkələri qadınlarının inkişafı” adlı fotomüsabiqə təşkil edib. Komitədən verilən məlumata görə, foto müsabiqə 3 nominasiya – “Ana obrazı” “İdmançı qadın”, “Lider qadınlar” üzrə keçirilib.
6 Mart 2017 15:18 SosialAzərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə "İslam ölkələri qadınlarının inkişafı" adlı fotomüsabiqə təşkil edib. Komitədən verilən məlumata görə, foto müsabiqə 3 nominasiya - "Ana obrazı" "İdmançı qadın", "Lider qadınlar" üzrə keçirilib. Müsabiqədə Azərbaycan fotoqrafları ilə yanaşı İslam ölkələrini-Türkiyə, İndoneziya, Mərakeş, Əfqanıstan, Tacikistan, Qırğızıstanı təmsil edən fotoqraflar da iştirak etmişlər. Müsabiqənin davam etdiyi bir ay ərzində 150-yə yaxın fotoşəkil daxil olmuşdur. Müsabiqənin qaliblərini mükafatlandırmaq üçün 10 nəfərdən ibarət münsiflər heyətinin tərkibində peşəkar fotoqraflar da iştirak etmişdir. Müsabiqənin qalibləri marın 7-də keçiriləcək tədbirdə mükafatlandırılacaq.