Gündəm
Dini savadlılığın artırılması mövzusunda görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini savadlılığın artırılması mövzusunda görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşün keçirilməsində əsas məqsəd dini savadlılığın artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin təmin edilməsindən ibarətdir.
“Gərək Qırğızıstan bu qətnaməyə qoşulaydı”
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad Sammitində Qırğızıstan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb.
Məhkuma corabın içində narkotik keçirmək istədi
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Mühafizə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin təntənəli hərbi andiçmə mərasimi keçirilib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, mühafizə alayının komandiri vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov mərasimi giriş sözü ilə açaraq şəxsi heyəti və qonaqları salamlamışdır.
Məşğulluq siyasətinə ləkə gətirən sahibkarlar
Hazırda məşğulluq problemi dünya ölkələrini cənginə almaqdadır. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə işsizlik məsələsi aktual olaraq qalır. Dünyada baş verən qlobal maliyə böhranı və miqrasiya məsələləri işsizliyin səviyyəsiini artmasana səbəb olub. Belə bir şəraitdə Azərbaycanda işsizliyin səviyyəsinin minimuma endirilməsi istiqamətində kifayəq qədər effektli tədbirlər həyata keçirilib.
"Neft Daşları” yatağında yeni quyu qazılır
“Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2689 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1430 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır
Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 km-dir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndirilir.
Lavrov: “Ümid edirik ki, Xəzəryanı ölkələr status məsələsində razılığa gələcəklər”
“Rusiya ümid edir ki, Xəzəryanı ölkələrin rəhbərlərinin görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılığa gəlmək mümkün olacaq”.
Merkel ilk addımı atdı - Trampla görüşə gedir
Almaniya kansleri Angela Merkel martın 14-də ABŞ-a səfər edəcək. Səfər çərçivəsində kansler ABŞ prezidenti Donald Trampla danışıqlar keçirəcək.
Elmar Məmmədyarov: Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün ciddi səylər göstərir
Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün ciddi səylər göstərir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Azərbaycanlı avtoritet Rusiyada həbs edildi
Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. Kriminal aləmdə "Taleh Maştağinski" kimi tanınan Dağlıyev narkotik maddə saxlamaqda ittiham edilib.
Prezident İlham Əliyev: "Sağlam millət, sağlam cəmiyyət hər bir ölkənin inkişafı üçün çox vacibdir"
Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi"nin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular. Dövlətimizin başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşdülər.
Əhalinin maarifləndirilməsi Bilik Fondunun diqqət mərkəzində
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Sosial, tibbi-ekoloji maarifləndirmə bölməsinin iclası keçirilib. Fonddan “Olaylar” – a bildirilib ki, iclasda Fondun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Teymur Qafarov, Milli Məclisin deputatı, Nardaran Bilik Evinin müdiri Dilarə Cəbrayılova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji Layihələr İdarəsinin rəisi Rövşən Fətullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev, AMEA Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, professor Rauf Muradov, Azərbaycan Tibb Universitetinin professoru Səfixan Həsənov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri professor Adil Əliyev iştirak ediblər.
Turizm şirkətinin nümayəndələri Gənc Tamaşaçılar Teatrında...
Hər zaman maraqlı layihələrə dəstək verən Azırbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihənin reallaşdırılmasına start verilib. Teatrdan “Olaylar” – a bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbərləri və nümayəndələri ilə Dövlət Gənc Tamaşaçılar Teatrında dəyirmi masa ətrafında səmimi və işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə bərabər, bir sıra turizm şirkətlərinin rəhbərləri – Əziz Şiriyev (“Baku Travel Tourism”), Tural Müzəffərov (“Baku Tours”), İlkin Əhmədov (“Via Caucasus”), Tural Zeynalov (“Alde – Tur”), Sənan Şıxəliyev (“Victory Tour”), Marina Əhmədova (“Averta Travel”) və başqaları iştirak ediblər.
Şura 2017-ci il qrant müsabiqəsinin yekunları haqqında qərar qəbul edib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il birinci qrant müsabiqəsinin nəticələri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub. Vüsal Quliyev sözügedən qrant müsabiqəsinə QHT-lərin 519 layihə təqdim etdiyini və ekspertlərin onlara verdiyi ballarla Şura üzvlərinin tanış olduğunu qeyd edib. Şuranın sədr müavini Katibliyin müsabiqə prosesini Şuranın təlimat və qərarlarına uyğun olaraq lazımı şəkildə təşkil etdiyini deyib.














