Əhalinin maarifləndirilməsi Bilik Fondunun diqqət mərkəzində
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Sosial, tibbi-ekoloji maarifləndirmə bölməsinin iclası keçirilib. Fonddan “Olaylar” – a bildirilib ki, iclasda Fondun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Teymur Qafarov, Milli Məclisin deputatı, Nardaran Bilik Evinin müdiri Dilarə Cəbrayılova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji Layihələr İdarəsinin rəisi Rövşən Fətullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev, AMEA Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, professor Rauf Muradov, Azərbaycan Tibb Universitetinin professoru Səfixan Həsənov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri professor Adil Əliyev iştirak ediblər.
6 Mart 2017 15:30 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Sosial, tibbi-ekoloji maarifləndirmə bölməsinin iclası keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, iclasda Fondun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Teymur Qafarov, Milli Məclisin deputatı, Nardaran Bilik Evinin müdiri Dilarə Cəbrayılova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji Layihələr İdarəsinin rəisi Rövşən Fətullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev, AMEA Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, professor Rauf Muradov, Azərbaycan Tibb Universitetinin professoru Səfixan Həsənov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri professor Adil Əliyev iştirak ediblər.
Gündəlik üzrə Fondun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar ölkənin müxtəlif bölgələrində maarifləndirici tədbirlərin təşkili və "Ekoloji maarifləndirmə" proqramı üzrə "Palçıq vulkanları - dünya möcüzəsi" mövzusunda layihənin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Bilik Fondunun icraçı direktoru O.Səmədov tədbir iştirakçılarına hər iki proqram barədə məlumat verib, əhali arasında sağlam həyat tərzinin təbliği, müasir dövrdə aktuallığı ilə seçilən ekoloji problemlərin geniş müzakirəsi və həlli ilə bağlı atılan addımların müvafiq qurumlar tərəfindən əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
Professor Adil Əliyevin sözlərinə görə, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanından 350-si Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanlarının həm tibbi-kosmetoloji, həm də turizm sahəsində əhəmiyyəti də vurğulanıb.