Turizm şirkətinin nümayəndələri Gənc Tamaşaçılar Teatrında...
Hər zaman maraqlı layihələrə dəstək verən Azırbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihənin reallaşdırılmasına start verilib. Teatrdan “Olaylar” – a bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbərləri və nümayəndələri ilə Dövlət Gənc Tamaşaçılar Teatrında dəyirmi masa ətrafında səmimi və işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə bərabər, bir sıra turizm şirkətlərinin rəhbərləri – Əziz Şiriyev (“Baku Travel Tourism”), Tural Müzəffərov (“Baku Tours”), İlkin Əhmədov (“Via Caucasus”), Tural Zeynalov (“Alde – Tur”), Sənan Şıxəliyev (“Victory Tour”), Marina Əhmədova (“Averta Travel”) və başqaları iştirak ediblər.
6 Mart 2017 15:27 MədəniyyətHər zaman maraqlı layihələrə dəstək verən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihənin reallaşdırılmasına start verilib. Teatrdan "Olaylar" - a bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbərləri və nümayəndələri ilə Dövlət Gənc Tamaşaçılar Teatrında dəyirmi masa ətrafında səmimi və işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə bərabər, bir sıra turizm şirkətlərinin rəhbərləri - Əziz Şiriyev ("Baku Travel Tourism"), Tural Müzəffərov ("Baku Tours"), İlkin Əhmədov ("Via Caucasus"), Tural Zeynalov ("Alde - Tur"), Sənan Şıxəliyev ("Victory Tour"), Marina Əhmədova ("Averta Travel") və başqaları iştirak ediblər.
Qonaqları salamlayan teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov belə görüşlərin mədəni turizmin inkişafına müsbət təsir edəcəyini bildirib və ölkə rəhərliyinin turizmə göstərdiyi diqqəti xüsusi vurğulayıb.
Görüşdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Sənayesi ilə iş Sektorunun müdiri Bəxtiyar Qılıncov və digər turizm şirkətlərinin rəhbərləri belə görüşlərin təşkil edilməsini çox önəmli olduğunu qeyd edərək teatrların turizm şirkətləri ilə əməkdaşlığını daha da genişləndirilməsi üçün bir sıra təkliflər səsləndiriblər.