Mühafizə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin təntənəli hərbi andiçmə mərasimi keçirilib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, mühafizə alayının komandiri vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov mərasimi giriş sözü ilə açaraq şəxsi heyəti və qonaqları salamlamışdır.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin təntənəli hərbi andiçmə mərasimi keçirilib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, mühafizə alayının komandiri vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov mərasimi giriş sözü ilə açaraq şəxsi heyəti və qonaqları salamlamışdır. Dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, 159 nəfər gənc əsgər vətənə, xalqa və dövlətə sədaqət andı içmişdir.Tədbirdə iştirak etmiş Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov təbrik nitqi ilə çıxış edərək gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə etmişdir.Çıxış edən əsgər və valideynlər yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər. Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın bircə əmri ilə canlarından belə keçməyə hazır olduqlarını bildirmişlər. 
Tədbir şəxsi heyətin hərbi marşın sədaları altında təntənəli keçidi ilə davam etmiş, mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31