Gündəm
13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib
2016-cı ildə təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında bildirilib ki, 15 regionda Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzlərinin fəaliyyəti təşkil edilib. Yeni mexanizmin tətbiqi regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumtəhsil və 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib.
Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıtda satış yarmarkaları təşkil olunacaq - SİYAHI
Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 mart 2017-ci il tarixlərində fasiləsiz olaraq 4 gün müddətindəKənd Təsərrüfatı Nazirliyitərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Məzahir Pənahov Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatı haqda danışdı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın deputat mandatına xitam verilib. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mehriban Əliyevanın deputat mandatından məhrum edilməsi üçün müraciətinə baxılıb.
General Patruşev İrəvana niyə gedib...
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvanda səfərdədir. TASS-a bu haqda RF Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb. O, Ermənistanda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirəcək.
Baş Prokurorluğun idarə rəisi beynəlxalq tədbirdə iştirak edib
27 fevral - 1 mart tarixlərində Avropa Şurası və İnterpolun təşkilatçılığı ilə İnterpolun Sinqapur şəhərində yerləşən qərargahında kibercinayətkarlıq, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində beynəlxalq hüquqi əməkdaşlığa həsr olunmuş konfrans keçirilmişdir.
Maksim Şevçenko: “Regiona davamlı sülhü yanız Rusiya, Türkiyə və İranın birliyi gətirə bilər"
"Fevralın əvvəlində təmas xəttində yaşanan hadisələrdə Ermənistanın 2016-cı ilin aprel müharibəsindən sonra qisas almaq hissi böyük rol oynayıb".
Ermənistandan olan bu ictimai fəal da Bakı Sülh Platformasına qoşuldu
Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasının vacibliyi barədə bəyanat verərək Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub.
Almaniya XİN Türkiyə ilə münasibətlərin çox gərgin olduğunu etiraf etdi
“Münasibətlərimiz çox gərgindir və normallaşdırılması vacibdir”. Bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısından əvvəl rəsmi Berlinlə Ankara arasındakı münasibətlərdən danışarkən deyib.
Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin birinci vitse-prezidentini təbrik edir...
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, çox hörmətli Mehriban xanım! Sizi birinci vitse-prezident təyin olunmağınız münasibətilə şəxsən öz adımdan və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından ürəkdən təbrik edirəm. Bu uğurlu qərar ölkə Prezidentimiz cənab İlham Əliyevin uzaqgörənliyinin daha bir bariz göstəricisidir. Və biz bu qərarın çox tezliklə öz nəticəsini göstərəcəyinə əminik. Siz və prezidentimiz cənab İlham Əliyev Azərbaycanın parlaq rifahı və uğurlu gələcəyi üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın son illər dünya ölkələri arasında öz layiqli yerini tutması, ölkəmizdə həyata keçirilən dünya miqyaslı Beynəlxalq tədbirlər bu siyasətin müvəffəqiyyətindən xəbər verir.
Polis Şimali Koreya səfirliyini mühasirəyə aldı
Malayziya paytaxtında silahlı polislər Şimali Koreya səfirliyini mühasirəyə alıblar. Belə ki, bu gün Malayziya hökumətinin Şimali Koreya səfirinin ölkəni tərk etməsi üçün verdiyi müddət başa çatır.
Azərbaycanlı iş adamı qurbağa ətini Rusiya bazarına çıxarıb
Ötən il Azərbaycanda yaradılan "Azərifrog" MMC qurbağa əti istehsalı istiqamətində hazırda fəaliyyətini davam etdirir.
"Valideynlər saatlarla soyuq havada gözləyib"
Müşahidələrimə görə, imtahan keçirilən bir çox yerdə təşkilatçılıq zəif olub. Uşaqlar və onların valideynləri soyuq havada saatlarla gözləyib. Bu sözləri Təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkədə Dövlət İmtahan Mərkəzinin 9-cu sinif şagirdləri üçün keçirdiyi imtahanı şərh edən zaman yazıb. O bildirib ki, məktəblilərin saatlarla soyuq havada gözləməsi bir çox valideynlərin narazılığına səbəb olub:
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.
İdmanın inkişafı hər zaman diqqət mərkəzindədir
“Beynəlxalq müstəvidə Azərbaycan nüfuzlu idman ölkəsi kimi tanınır. Çünki Azərbaycan nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Eyni zamanda, idmanımızın beynəlxalq səviyyədə uğurları da ildən-ilə artır”.














