Polis Şimali Koreya səfirliyini mühasirəyə aldı

Malayziya paytaxtında silahlı polislər Şimali Koreya səfirliyini mühasirəyə alıblar. Belə ki, bu gün Malayziya hökumətinin Şimali Koreya səfirinin ölkəni tərk etməsi üçün verdiyi müddət başa çatır. 

Malayziya paytaxtında silahlı polislər Şimali Koreya səfirliyini mühasirəyə alıblar. Belə ki, bu gün Malayziya hökumətinin Şimali Koreya səfirinin ölkəni tərk etməsi üçün verdiyi müddət başa çatır.   Şənbə günü Malayziya hakimiyyəti Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Kan Çxolu "persona non qrata" elan edib, o, ölkəni 48 saat ərzində tərk etməlidir.

"Star" qəzetinin məlumatına görə, Şimali Koreya səfiri Malayziya Xarici İşlər Nazirliyinə çağırılıb, amma Kan Çxol nazirliyə gəlməyib. Bundan sonra Malayziya XİN-i səfirliyə qəbul edilən qərara dair xəbərdarlıq üçün diplomatik nota göndərib.  

Agentliyin məlumatına görə, Malayziya hakimiyyəti səfir ölkəni tərk edərsə, hansı tədbirin görüləcəyinə dair izahat verməyib. 

Malayziya hakimiyyəti daha öncə Pxenyandan Şimali Koreya vətəndaşının Malayziyada ölümü ilə əlaqədar ölkə səfirinin ittihamına görə yazılı üzr istəməsini tələb edib. "Associated Press" agentliyi qəbul edilən qərar Şimali Koreya liderinin qardaşı Kim Çen Namın ölümü ilə əlaqədar olduğunu bildirib.  Oxu.az bu barədə "France-Press" agentliyinə istinadən xəbər verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31