Məzahir Pənahov Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatı haqda danışdı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın deputat mandatına xitam verilib. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mehriban Əliyevanın deputat mandatından məhrum edilməsi üçün müraciətinə baxılıb.

MSK sədri Məzahir Pənahov deyib ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib: "Onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edirəm. O ardıcıl olaraq, üç dəfə Milli Məclisə deputat seçilib. Mehriban Əliyeva öhdəsinə düşən işləri yüksək səviyyədə yerinə yetirib, Azərbaycan parlamentinin ən fəal deputatı kimi tanınıb. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır".

İclasda M.Əliyevanın deputat mandatına xitam verilməsi üçün qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31