Gündəm
“Hacı Zeynalabdin Tağıyev klubu”nun növbəti məşğələsi
28 nəfərdə İİV-infeksiyasına yoluxma faktı aşkar olunub
2016- cı il ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 28 nəfərində İİV-infeksiyasına yoluxma faktı təsdiq olunub. “OLAYLAR”-ın xəbərinə görə, zərərin azaldılması proqramı çərçivəsində, İİV-müsbət İNİ-in əvəzedici metadon terapiyaya cəlb edilməsi davam etdirilib
Onlar bu dəfə Vanı SEÇDİLƏR
Çay qutularında siqaret aşkar edildi
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə "Heimann X RAY" markalı texniki nəzarət vasitəsi ilə baxış keçirilib.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı əl yükünün içərisindəki çay qutularından gömrük nəzarətindən gizlədilən 2520 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
“Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda tədbir keçirilib
Binəqədi rayonu 276 saylı orta məktəbdə “Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, məktəbin direktoru Bəhram Şiriyev, adıçəkilən məktəbin, eləcə də rayon ərazisindəki 32 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimləri, uşaq birliyinin rəhbərləri, məktəblərin psixoloqları, valideyin komitəsinin nümayəndələri və şagirdlər iştirak ediblər.
Gənc Tamaşaçılar Teatrında “20 mart Dünya Uşaq və Gənclər Teatr Günü”
Keçən il İİV-ə yoluxma halların 27,4 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib
Azərbaycan vətəndaşları arasında 2016-cı ildə aşkar olunan İİV-ə yoluxma halların 27,4 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumat Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Cem Yılmaz filminə onu dəvət etdi
Müştərisinə qarşı quldurluq edən taksi sürücüsü saxlanıb
Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.DİN-dən verilən nməəlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və həmin avtomobilin sürücüsü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib.
Keçən il 2607 nəfər cinayət məsuliyyətinə cəlb olunub
2016-cı il ərzində narkomaniyaya qarşı mübarizə sahəsində 2607 nəfər cinayət məsuliyyətinə cəlb olunub. “OLAYLAR”-ın xəbərinə görə, onlardan 5 nəfəri 18 yaşadək, 176 nəfəri 18-25 yaşadək, 412 nəfəri 26-29 yaşadək, 2014 nəfəri 30 yaşdan yuxarı şəxslərdir. Cinayət məsuliyyətinə cəlb edilənlərin 22 nəfəri fəhlə, 6 nəfəri qulluqçu və ya maddi məsul şəxs,3 nəfəri təsərrüfat işçisi, 1 nəfəri ali məktəb tələbəsi, 2331 nəfəri işləməyənlər, 2570 nəfəri kişilər, 37 nəfəri qadınlar, 907 nəfəri əvvəllər cinayət törətmişlər, 21 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olanlardır. Məsuliyyətə cəlb olunmuş 34 nəfər xarici öl - kə vətəndaşlarından 677 kq-dan artıq müx tə lif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 18 nəfəri İran İslam Respublikası, 8 nə fəri Gürcüstan, 4 nəfəri Türkiyə, 1 nəfəri Qa za - xıstan, 1 nəfəri Hindistan, 1 nə fəri Türk mə nis - tan, 1 nəfəri Belarusiya vətəndaşı olub.
TİKA rəhbəri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə görüşüb
Ankara şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Çam ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrindən bəhs edib.
2 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Kedçən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 21.532 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Ötən il 2142 narkoman qeydiyyata götürülüb
Bu ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 29448 nəfərdir. Onlardan dispanser qeydiyyatında olanlar 24056, profilaktik isə 5392 nəfərdir.
Yeddi Azərbaycan vətəndaşı xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinib
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib.
Təhsil Nazirliyi 930 ali təhsil sənədini mənfi cavablandırıb
2016-cı ildə Təhsil Nazirliyinə ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiyası) məqsədilə 2958 müraciət (o cümlədən məzun olduqları Türkiyə 302, Gürcüstan 123 və digər ölkələr üzrə 504) daxil olub.













