Gündəm
Larisa Reyxrudel “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Larisa Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təhsin Mütəllimova “Əməkdar elm xadimi” fəxri adı verilib
Prezident İlham Əliyev Təhsin Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO
Kabarda-Balkardakı Çeqet dağında qar uçqunu nəticəsində 7 nəfər həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yetkilisi Kantemir Berovun dediyinə görə, uçqunun altından cəsədlər çıxarılıb.
Sübahir Qurbanov Akif Çovdarovun məhkəməsində ifadə verib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prezidentin nitqi: 2017-ci ilin perspektivləri
Planetin müxtəlif regionlarından toqquşmalar, terror, iqtisadi və maliyyə böhranı, tənəzzül haqqında hər gün informasiyalar yayılır. Dünya tarixinin çətin dönəmlərindən birini yaşayır.
Zülfiyyə Hüseynovaya niyə təqaüd verilmir?
Cüdo və sambo üzrə 11 qat dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova ona verilməli olan təqaüdü ala bilməməsindən şikayətlənmişdi. Xanım idmançı bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət etdiyini bildirmişdi.
İntiqam Babayev GUAM-ın işçi qrupunun ilk iclasında iştirak edib
Ukraynanın paytaxtı Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində gənclər və idman məsələləri üzrə işçi qrupunun ilk iclası keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyti xəbərə görə, iclasda Azərbaycan, Gürcüstan, Ukraynadan olan nümayəndələr həmçinin Azərbaycan, Gürcüstan və Moldovanın Ukrayna Respublikasındakı akkreditə olunmuş səfirləri və səfirlik əməkdaşları iştirak ediblər. İclasın açılışında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın baş katibi Altay Əfəndiyev çıxış edərək tədbir iştirakçılarını salamladı və iclasın gündəliyində olan məsələlər haqqında məlumat verib.
Azərbaycan dilli Vikipediya bir pillə irəlilədi
Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində hazırda 115.214 məqalə var. “OLAYLAR”-ın xəbərinə görə, 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı “100000”-i keçmiş və beləliklə bu layihə Vikipediyanın “10 000+” bölməsindən “100 000+” bölməsinə adlamışdır. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə olan məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.
Lənkəran-Lerik yolunda sürüşmə aktivləşdi
Lənkəran-Lerik yolunda sürüşmənin aktivləşməsi nəticəsində gediş-gəliş çətinləşib. Qarın sürətlə əriməsi sürüşməyə meylli olan ərazilərdə hərəkətin çətinləşməsinə səbəb olub. Sözügedən yolun 17-19, 23, 29-30, 34, 40-52-ci kilometrliyindəki köhnə sürüşmə sahələri yenidən aktivləşib. Lerik 52 saylı Yol istismar idarəsinin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, sürüşmə səbəbindən yola torpaq kütləsi, qaya və dağ parçaları tökülür.
“Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil”
Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azad söz, fikir və məlumat azadlığı, plüralizmin təmin olunması da demokratik ənənələrdən sayıldığından ölkəmizdə bu sahədə də zaman-zaman məqsədyönlü tədbirlər həyata keçirilir, mətbuatın azad, müstəqil şəkildə fəaliyyəti üçün münbit şərait yaradılır. KİV-lərin azad, müstəqil fəaliyyəti üçün ölkədə yaradılan münbit şərait birmənalı olaraq yüksək qiymətləndirilir, təqdir edilir. Elə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini, ensonxeber.az saytının köşə yazarı Aysel Vəliyeva da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Aysel Vəliyeva qeyd edilən istiqamətdə Azərbaycanda mövcud olan vəziyyət barədə danışıb.
Astara (İran) sərhədində işlər sürətlə davam edir
Azərbaycan Dəmir Yolları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması prosesində aktiv iştirak edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 7 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq bütün qüvvələr səfərbər olunub. 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.
Təhsil naziri Ağdaşda vətəndaşları qəbul edib
Martın 6-da təhsil naziri Mikayıl Cabbarov Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
FHN saytalara xəbərdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi saytlara xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bəzi saytlar ötən il fevralın 21-də Binəqədi rayonunda yanğınla bağlı yayılmış xəbəri yeni xəbər kimi təqdim ediblər:
Alim Qasımovla görüş keçirilib
Bakı Ali Neft Məktəbində dünya şöhrətli muğam ifaçısı, Azərbaycanın xalq artisti Alim Qasımovun tələbə və müəllim heyəti ilə görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüş görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunmuş video çarxın nümayişi ilə başlayıb.














