İntiqam Babayev GUAM-ın işçi qrupunun ilk iclasında iştirak edib

Ukraynanın paytaxtı  Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində  gənclər və idman məsələləri üzrə işçi qrupunun ilk iclası  keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyti xəbərə görə, iclasda  Azərbaycan, Gürcüstan, Ukraynadan olan nümayəndələr həmçinin Azərbaycan, Gürcüstan və Moldovanın Ukrayna Respublikasındakı akkreditə olunmuş səfirləri və səfirlik əməkdaşları iştirak ediblər. İclasın açılışında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın baş katibi Altay Əfəndiyev çıxış edərək tədbir iştirakçılarını salamladı və iclasın gündəliyində olan məsələlər haqqında məlumat verib.

Ukraynanın paytaxtı  Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM çərçivəsində  gənclər və idman məsələləri üzrə işçi qrupunun ilk iclası  keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyti xəbərə görə, iclasda  Azərbaycan, Gürcüstan, Ukraynadan olan nümayəndələr həmçinin Azərbaycan, Gürcüstan və Moldovanın Ukrayna Respublikasındakı akkreditə olunmuş səfirləri və səfirlik əməkdaşları iştirak ediblər. İclasın açılışında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın baş katibi Altay Əfəndiyev çıxış edərək tədbir iştirakçılarını salamladı və iclasın gündəliyində olan məsələlər haqqında məlumat verib. Gündəliyə əsasən Ukraynanın gənclər və idman nazirinin müavini Nikolay Movchan çıxış etdi. O, Ukraynada həyata keçirilən dövlət gənclər siyasəti, gənclər sahəsində olan  mövcud qanunvericilik, gənclər mərkəzlərinin yaradılması və s. haqqında məlumat verdi. Sonra Ukrayna Ali Radasının deputatı İvan Krulko çıxış edərək GUAM-ın uğurlu fəaliyyətindən danışaraq GUAM çərçivəsində hazırlanacaq 2017-2018-ci illər üçün Tədbirlər Planına idman səhəsində həyata keçiriləcək tədbirlərlə bağlı təkliflər verib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanda gənclər evlərinin fəaliyyəti, gənclər siyasəti ilə bağlı dövlət proqramları, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, eləcədə könüllülük hərəkatı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. İclasın sonunda GUAM çərçivəsində  gənclər və idman məsələləri üzrə işçi qrupunun növbəti iclasının 19-20 oktyabr  2017-ci il tarixdə Kiyev şəhərində keçirilməsi haqqında qərar qəbul edilib. Səfər çərçivəsində Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək üçün Ukrayna gənclər və idman nazirinin birinci müavini İqor Qotsul və nazir müavinləri Yaroslav Voytoviç və Aleksandr Yarema ilə görüşlər keçirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31