Alim Qasımovla görüş keçirilib
Bakı Ali Neft Məktəbində dünya şöhrətli muğam ifaçısı, Azərbaycanın xalq artisti Alim Qasımovun tələbə və müəllim heyəti ilə görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüş görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunmuş video çarxın nümayişi ilə başlayıb.
6 Mart 2017 17:12 SosialBakı Ali Neft Məktəbində dünya şöhrətli muğam ifaçısı, Azərbaycanın xalq artisti Alim Qasımovun tələbə və müəllim heyəti ilə görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüş görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunmuş video çarxın nümayişi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov onu Azərbaycan musiqi səhnəsinin, muğam ifaçılığının əfsanəsi adlandıraraq dahi sənətkarın həyat və yaradıcılığından danışıb. Görüşdə Alim Qasımovun ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə chr("39")chr("39")Dünyanın ən nüfuzlu 500 müsəlmanıchr("39")chr("39") arasında 4 azərbaycanlıdan biri olduğu nəzərə çatdırılıb.