Gündəm
Dünyanın ən güclü prosessoruna malik smartfon təqdim ediləcək
Qlobal internet şəbəkəsində bu yaxınlarda işıq üzü görəcək Çin istehsalı olan dünyanın ən güclü prosessoruna malik unikal “Bluboo R1”smartfonu barədə məlumatlar yayılmağa başlayıb.
“Ağıllı” zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq
Böyük şəhərlərdə tullantıların utilizasiyası problemi mövcuddur. Çirkli küçələrə baxmaq heç kimin xoşuna gəlməsə də, təəssüf ki, belə küçələr var. Məsələn, bəzi insanlar zibili küçəyə tullayır, yaxud zibil qutusuna atmaqda tənbəllik edirlər. “SENCITY” şirkəti insanları bu problemə daha ciddi yanaşmağa və küçələri təmiz saxlamağa məcbur etmək üçün videooyunlardan istifadəyə qərar verərək təmizkar vətəndaşları mükafatlandıran “tetraBIN” adlı xüsusi zibil qutusu düzəldiblər.
Mobil qurğular üçün virusların sayı üç dəfə artıb
"Kasperski Laboratoriyası"nın 2016-cı ilə olan məlumatına görə, mobil qurğular üçün virusların sayı 3 dəfə artıb.
Müşfiq Ələsgərli: “Mehman Hüseynovun hərəkətlərində ciddi qanun pozuntuları var”
“Özünü “beynəlxalq təşkilat elan etmiş”, reallıqda isə eyni siyasi şəbəkənin üzvü olan və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmaq ənənəsi yeni deyil”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.
Ebru biletin qiymətini qaldırdı - 2500 manat
Müğənni Ebru Gündeş silsilə konsertlərinə davam edir. Çıxışlarına uzunmüddətli fasilə verməyən ifaçı 8 Mart - Qadınlar günündə də səhnədə olacaq. Lakin bu dəfə qiymətlər daha bahalı olacaq. İstanbulun məşhur konsert salonlarından birində çıxış edəcək ifaçını qabaq sıradan dinləmək 5 min lirəyə (təxminən 2500 manat) başa gələcək. Artıq həmin günə olan biletlərin satılıb bitdiyi deyilir.
ATV telekanalının yayımı dayanıb
“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb. Telekanalın yayımı bir neçə dəqiqə əvvəl dayanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov APA-ya faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.
Hər gün bir banan yeyin - BİLMƏDİYİNİZ FAYDALARI
Banan yalnız dadlı meyvə deyil. O, həm də formada qalmaq üçün enerji verir və bir çox xəstəliyin qarşısını alır. Aile.lent.az bananın bilmədiyiniz bir çox faydaları ilə sizi tanış edir.
Politoloq: "Hər kəs törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verməlidir"
"Hər bir şəxs törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verir. Mehman Hüseynov da etdiyi əməlinə görə həbs edilib”. Bunu politoloq Arzu Nağıyev deyib.
“Fazil Mustafa: “Bu həbsin siyasiləşdirilməsinə heç bir səbəb yoxdur"
“Mehman Hüseynovun həbsinin siyasiləşdirilməsinin heç bir mənası yoxdur. Bundan kimsə dövlət əleyhinə istifadə etməyə çalışmamalıdır”. Bunu millət vəkili Fazil Mustafa deyib.
Kamil Zeynallının məhkəməsinə aparıcı Şəbnəm Həsənova çağırıla bilər
Bu gün Xətai rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın idmançı Kamil Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb
“2016-cı ilin 31 dekabr tarixinə olan məlumatlara əsasən ölkədə olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 111 988 nəfər olub. Onlardan 63580-i olduğu yer üzrə qeydiyyata alınıb, 24-nün müvəqqəti olma müddəti uzadılıb, 37752-si müvəqqəti yaşamaq üçün icazə, 10559-u daimi yaşamaq üçün icazə, 73-ü isə qaçqın statusu alıb”. Bu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Aydın Mirzəzadə: “Qanun qarşısında hamı bərabərdir"
“Ümumiyyətlə, Mehman Hüseynov kimilərini beynəlxalq təşkilatlar müdafiə etmir. Onu və onun kimi digərlərini xaricdəki müəyyən qeyri-hökumət təşkilatları (QHT) müdafiə edir. Maraqlananda isə həmin QHT-lərin bu çağırışlarında siyasi motivlərin olduğunu görərik”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Vüqar Rəhimzadə: Mehman Hüseynovun həbsini fəaliyyəti ilə əlaqələndirmək gülüncdür
Vətəndaş Mehman Hüseynov törətdiyi cinayət əməlinə görə həbs edilib və onun həbsini fəaliyyəti ilə əlaqələndirmək gülüncdür. Bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Radikallar Mehman Hüseynovdan “siyasi məhbus” düzəltməyə çalışırlar
“Ölkədə imkan düşdükcə ictimai-siyasi sabitliyi pozmağa, bu və ya digər hadislərdən yararlanmağa çalışan radikal müxalifət indi də Mehman Hüseynovdan istifadə etməyə çalışır”. Belə bir açıqılama ilə çıxış edən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili “OLAYLAR”-a bildirib ki, adıçəkilən düşərgə əsassız olaraq Mehman Hüseynovun həbsini siyasiləşdirməyə cəhd göstərir: “Hər kəsə bəllidir ki, Mehman Hüseynovun həbsində heç bir siyasi motiv yoxdur.
Əbülfəs Qarayev Almaniyaya səfər edib
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8-12 mart 2017-ci il tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir.














