Gündəm

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər

7 Mart 2017 11:39

Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, bələdiyyə rəhbərliyi Kazımova Ziyafət Cavad qızını təbrik etmək üçün qəsəbə sakinin evində olub. Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri iştirak edib.

“Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib 

7 Mart 2017 11:37

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Müdafiə naziri qadınları təbrik etdi

7 Mart 2017 11:36

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. “OLAYLAR”-ın xəbərinə görə, nazir 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edir və ən xoş arzularımı bildirir.

Əli İnsanov barəsindəki cinayət işinin istintaqı yekunlaşdı

7 Mart 2017 11:25

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə  Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, cinayət işinin istintaqı başa çatıb və iş tanışlıq mərhələsinə verilib: "Hazırda işlə tanış oluruq. Bu həftənin sonuna işlə tanış olma mərhələsi başa çatacaq və cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndəriləcək.

Şimali Koreya Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan etdi

7 Mart 2017 11:23

Koreya Xalq Demokratik Respublikası (KXDR) müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib. Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının təhlükəsizliyi ilə izah edib.  

Rusiyada YANĞIN: 2-si uşaq olmaqla üç nəfər öldü

7 Mart 2017 11:09

Rusiyada yanğın zamanı 2 yaşlı uşaq daxil olmaqla, 3 nəfər ölüb. Hadisə Çelyabinsk şəhərində, fərdi yaşayış evlərinin birində, gecə saatlarında baş verib. 

4 kəndli əqli çatışmazlığı olan qızı 3 il boyunca müxtəlif məkanlarda zorladı 

7 Mart 2017 11:07

Türkiyədə 17 yaşlı qız 3 il boyunca təcavüzə uğrayıb. Giresunun Bulancak mahalında əqli çatışmazlığı olan qızı həmkəndliləri maşında, bağçada və avtobusda zorlayıblar. Onun təcavüzə uğradığını qohumları təsadüfən onun telefonundakı mesajları oxuyanda öyrəniblər.

Özcan Dənizdən "İstanbullu gəlin"lə bağlı vacib qərar

6 Mart 2017 20:30

Özcan Dəniz yeni çəkildiyi "İstanbullu gəlin" serialı ilə bağlı gözlənilməz qərar verib. Daha əvvəl "Kaderimin yazıldığı gün" serialında və "İkinci şans" filminin tanıtım fotolarında "Fotoşop"dan istifadə etsə də, yeni serialda təbii görünüşünə üstünlük verib.

İynələrdən sonra qalmış şişləri necə yox edək?

6 Mart 2017 20:16

Bəzən iynə vurulan yerlərdə (bu, əsasən, sağrı nahiyəsi olur) şişlər, bərkimiş sahələr əmələ gəlir. Bu şişlər insanlara ağrı və narahatçılıq verir. Belə şişlər iltihablaşa və irinləyə bilər ki, nəticədə bu problemi yalnız cərrah həll edə bilər.

KİŞİLƏR, BİLİN: Bu hərəkətlər qadınları əsəbiləşdirir

6 Mart 2017 20:00

Bütün insanlar kimi, kişilər də ideal deyil. Hər kəsin yaxşı və pis, çatışan və çatışmayan xüsusiyyətləri var. Lakin elə davranışlar var ki, ətrafdakı insanı əsəbiləşdirə bilər. Söhbət cütlüklərdən gedirsə, vəziyyət bir az da gərginləşir. Çünki ər və arvad vaxtlarının çoxunu bir yerdə keçirirlər və bir-birinin xarakterini bilirlər. Bəs bunların hamısına dözmək mümkündürmü? Aile.lent.az kişilərin qadınları əsəbiləşdirən davranışlarını sadalayır.

"Paxıllığımı çəkənlər var" - Məleykə Əsədova

6 Mart 2017 19:47

"Dedi-qodu ilə şöhrət tapan bir-iki il gündəmdə olacaq. Paxıllığımı çəkənlər var. Var olan yüksəkliyə çox daş atarlar. Onlara fikir vermirəm".

Ət kəskin bahalaşdı, ixrac dayandırılır - Gürcüstanda

6 Mart 2017 19:40

Yaxın günlərdə Gürcüstan hökuməti mal ətinin Türkiyəyə ixracına  kvota qoya bilər.  Artıq bu məsələ Kənd Təsərrüfatı Nazirliyində də müzakirə edilir, bununla bağlı qapalı  görüşlər də keçirilir. Kənd Təsərrüfatı Nazirliyi özü isə məlumatı təsdiq etmir, hər hansı şərh vermək istəmir.

Demet və İbrahim arasında daha bir məhkəmə davası

6 Mart 2017 19:35

Model Demet Şener xəyanət və sədaqətsizlik səbəbi ilə məhkəməyə verdiyi əri İbrahim Kutluayla bu dəfə də təzminat davasına çıxıb.

“Quriya gündəlikləri” təqdim olunacaq

6 Mart 2017 19:30

Mart ayının 9-da saat 12:00-da Milli Kitabxanada - “Açıq kitabxana” bölməsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası ilə birgə gənc gürcü şairin kitabı çap olunub. Kitabxanadan “Olaylar”  bildirilir ki, gənc şair Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilmiş “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından nəşr olunan “Quriya gündəlikləri”nin imza günü və təqdimatı keçiriləcək.