Latviyada daşqın - Bir rayonla əlaqə kəsildi

Latviyada baş verən daşqın bir rayonun ölkənin digər hissələri ilə əlaqəsinin kəsilməsinə səbəb olub.  Yekabpils rayonunda avtomobil yolları su altında qalıb.

Daşqın nəticəsində formalaşan "ada"larda yüzdən çox adam qalıb. Bölgədə yeganə nəqliyyat vasitəsi kimi traktor fəaliyyət göstərir.

Daşqına səbəb kimi buzların əriməsi göstərilib. Son sutka ərzində Dauqava çayının səviyyəsi 2,5 metrə çatıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31