“Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər "Mərkəz" məscidi dini icması tərəfindən həyata keçirilən "Birgəyaşayış ənənələrinin qorunub saxlanılması" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərimiz və gənclər" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış edərək bildirib ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərinin qorunub saxlanması lazımdır. Milli-mənəvi dəyər anlayışının özündə böyük bir mənanı ehtiva etdiyini qeyd edən Saleh Aslanov mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sisteminin nəzərdə tutulduğunu bildirib. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin direktoru Tahirə Qurbanova və "Mərkəz" məscidi dini icmasının sədri Müşviq Əsgərov qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31