Gündəm

Sarkisyan Fransaya getdi

7 Mart 2017 12:43

Ermənistan prezidenti Serj Sarkisyan Fransaya rəsmi səfərə yola düşüb. Xəbəri "Novosti Armeniya" yayıb.

Ekspert: “Bizim də səbrimizin bir sonu var”

7 Mart 2017 12:23

“Son günlər cəbhə xəttində baş verənlər bizi əsla aldatmamalıdır. Mən düşmənin aktiv hərəkətlərinin bir qədər səngiməsini nəzərdə tuturam. Prinsip etibarı ilə Ermənistan öz çirkin məqsədinə qismən nail oldu. Mən onların qan axıtmasını nəzərdə tuturam. Dərhal da ATƏT-in Minsk qrupunun səsi çıxdı. Bildiyim qədər onlar bu gün Bakıya gəlirlər. Necə deyərlər, hə nə olsun? Biz bu biveclərin o qədər belə mənasız, yorucu səfərlərinin, bezdirici, heç bir konkretikaya hesablanmayan bəyanat və söz yığnağını çox eşitmişik. Bu də olacaq növbəti bir hiyləgər addım. Guya bunlar iş görürlər”. Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Politoloq: “Ermənistanın əsas məqsədi əraziləri işğalda saxlamaqdır”

7 Mart 2017 12:21

“Ermənistanın Azərbaycana qarşı təhdidləri işğalçı ölkədə keçiriləcək seçkilərlə bağlıdır. Serj Sarkisyan bununla öz partiyasına səs yığmağa çalışır. Orada qərb klanı ilə rusiyapərəst qüvvələr arasında siyasi qütbləşmə dərinləşir. Ermənilərin təhdidləri və təxribatlarının məqsədi işğal etdikləri ərazilərə qanunsuz səfər edən Avropa Parlamentinin üzvləri və xarici dövlətlərdən gəlmiş nümayəndələrə cəbhədə daim atışma, qeyri-stabil vəziyyət göstərmək və bunun da günahkarının guya Azərbaycan olmasını bildirməkdir”. Bunu  siyasi şərhçi Arzu Nağıyev deyib.

Qərargah: Meyiti tapılan şəxs itkin düşmüş neftçi Elçin Həsənovdur

7 Mart 2017 12:19

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Mehman Hüseynov məsələsini siyasiləşdirmək cəhdi İFLAS

7 Mart 2017 12:18

Demokratiyanın vacib elementlərindən hesab olunan söz və mətbuat azadlığının təmin olunması, müstəqil mətbuatın inkişafı dövlətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Konstitusiyanda və digər qanunvericilik aktlarında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə geniş yer verilib. Konstitusiyanın imkan verdiyi prinsiplərə əsaslanmaqla, hər kəs informasiyanı əldə edib, onu yaymaq hüququna malikdir. Amma gəlin razılaşaq ki, bəzən informasiyanın əldə edilib, yayılması prosesində qərəzkarlığa yol verilir, şər və böhtan məlumatlara daha çox üstünlüyün verilməsinə cəhdlər göstərilir.

Bir gəncin faciəsi: Mehman Hüseynovu kim və niyə alət etdi?

7 Mart 2017 12:09

1944-cü ilin iyulun 31-də Antuan de Sent-Ekzüperinin təyyarəsi Korsika adasındakı Borqo aerodromundan səmaya qalxdı və bir daha geri dönmədi.

Rüstəm Orucov birincidir

7 Mart 2017 12:05

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Aparıcı cüdoçularımızdan Rüstəm Orucov yenə öz çəkisinin ən güclüsüdür. 73 kq çəki dərəcəsində lider olan Olimpiya mükafatçımız 3130 reytinq xalına malikdir. O, ikinci yerdə qərarlaşan yaponiyalı Soiçi Haşimotonu 199 xal qabaqlayır.

Ermənistan həbsxanalarında 24 nəfər ölüb - Onlardan 7-si intihar edib

7 Mart 2017 11:58

Son 10 ayda Ermənistan həbsxanalarında 24 ölüm hadisəsi baş verib. Bu haqda Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin hesabatında bildirilib. Hesabata əsasən, Ermənistan həbsxanalarında ölümlərin sayı artıb.

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb

7 Mart 2017 11:52

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb. Petisiyanın müəllifi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovdur.  O. Kuznetsov petisiyanın Rusiya Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcəyini bildirib. 

ÜST: Çirklənmiş ətraf mühit hər il 1.7 milyon uşağın ölümünə səbəb olur

7 Mart 2017 11:49

Hər il çirklənmiş ətraf mühit 1.7 milyon uşağın ölümünə səbəb olur. Məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hesabatında qeyd olunub. 

İki ildən sonra XI sinif üzrə buraxılış imtahanları və kolleclərə qəbul yeni model üzrə aparılacaq

7 Mart 2017 11:47

Bu il Azərbaycanda 9 illik təhsil bazasında kolleclərə qəbul yeni qaydalar əsasında həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  deyib ki, yenilik bu il 9-cu sinif üzrə buraxılış imtahanlarına aiddir. Kolleclərə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparıldığından 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında da dəyişiklik edilib.

İsrailli ekspert: "Suriya və Qarabağ münaqişələri dünya ictimaiyyətinin çağırışlara cavab verməyi bacarmadığını göstərir"

7 Mart 2017 11:45

“Suriya münaqişəsi artıq regional deyil, beynəlxalq münaqişəyə çevrilib”. Bu sözləri Azərbaycanda səfərdə olan Tel-Əviv Universitetinin prorektoru, Orta Şərq üzrə ekspert Eyal Zisser deyib. O xatırladıb ki, Suriyamünaqişəsində təkcə suriyalılar deyil, dünyanın bir çox yerindən könüllülər döyüşür: “Suriyamünaqişəsi hazırda cəmiyyətin radikallaşması şəklində təzahür edir. Əvvəllər bu, Suriyada yox idi. Münaqişə təbii kataklizmlərdən baş verib. Neçə illik quraqlıq səbəbindən fermerlər mitinq keçirməyə başladılar və bu, getdikcə hökumət əleyhinə aksiyalara çevrildi. İnsanlar radikallaşmağa başladılar. Burada təbii ki, xarici qüvvələrin də təsiri oldu. Bu ölkənin məsələsi regional stabilliyin təmin olunmasında aparıcı rol oynayır”.

Avtomobildə 112 telefon aşkar edildi

7 Mart 2017 11:44

Gürcüstan Respublikası istiqamətindən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Gürcüstan Respublikası vətəndaşı Alıyev Fazil Nəsib oğlunun idarə etdiyi “Mersedes Benz E240” markalı 90 XD 078 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük baxışı keçirilib.

Qadınlar arasında breyn-rinq yarışı keçirilib

7 Mart 2017 11:42

“Excelsior Hotel Baku” otelində “AtaBank” ASC-nin dəstəyi ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında breyin-rinq yarışı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, breyn-rinq yarışı “Parlaq zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirilib. Oyunda iştirakçıların cavablandırdığı suallar qadın dünyasına həsr olunub.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

7 Mart 2017 11:40

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.