Qadınlar arasında breyn-rinq yarışı keçirilib

“Excelsior Hotel Baku” otelində “AtaBank” ASC-nin dəstəyi ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında breyin-rinq yarışı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, breyn-rinq yarışı “Parlaq zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirilib. Oyunda iştirakçıların cavablandırdığı suallar qadın dünyasına həsr olunub.

"Excelsior Hotel Baku" otelində "AtaBank" ASC-nin dəstəyi ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında breyin-rinq yarışı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, breyn-rinq yarışı "Parlaq zəka" oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirilib. Oyunda iştirakçıların cavablandırdığı suallar qadın dünyasına həsr olunub. Oyunun gedişində bayramın tarixi, dünya tarixində görkəmli qadınlar, qadınların cəmiyyətdə rolu və s. ilə əlaqədar maraqlı suallara cavablar səslənib. Tədbirdə "AtaBank" ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov iştirakçıları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Qalib komandaya təşkilatçılar tərəfindən xatirə hədiyyələri və sertifikatlar təqdim edilib. "AtaHolding" Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, tədbirin keçirilməsində məqsəd qadınlar üçün bayram atmosferi təşkil etmək, onları sevindirmək və onların kollektivin ayrılmaz hissəsi olduğunu göstərməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31