Ermənistan həbsxanalarında 24 nəfər ölüb - Onlardan 7-si intihar edib

Son 10 ayda Ermənistan həbsxanalarında 24 ölüm hadisəsi baş verib. Bu haqda Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin hesabatında bildirilib. Hesabata əsasən, Ermənistan həbsxanalarında ölümlərin sayı artıb.

Son 10 ayda Ermənistan həbsxanalarında 24 ölüm hadisəsi baş verib. Bu haqda Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin hesabatında bildirilib. Hesabata əsasən, Ermənistan həbsxanalarında ölümlərin sayı artıb. Rəsmi məlumata görə, ötən ilin son 10 ayı ərzində məhkumların 17-si xəstəlikdən ölüb, 7-si isə intihar edib. Hesabatda vurğulanıb ki, qadın həbsxanalarında məhkumların saxlanma şəraiti daha acınacaqlıdır. Sənəddə qeyd olunub ki, həbsxanalarda cəza çəkən qadın məhkumlar cinsi zorakılığa və istismara məruz qalırlar.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31