Gündəm
Mərkəzi Banka yeni təyinatlar edildi
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzvlər təyin edilib.“Olaylar” xəbər verir ki, bu barədə qərar Milli Məclisin iclasında verilib. Qərara əsasən, A.S.Quliyev, V.Ə.Xubanov və A.Q.Babayev Mərkəzi Bankının İdarə Heyətinin üzvləri təyin ediliblər.
Generalın zirehli avtomobili minaya düşdü
Suriyada Palmira yaxınlığında gedən döyüşlərdə 4 rus hərbçisi həlak olub. Rusiyadan Suriyaya ezam edilən Qərb Hərbi Dairəsinin hərbi təlim idarəsinin qərragah rəisi olan general mayor Pyotr Milyuxinin isə ağır yaralandığı bildilir.
Deputat: “Mehriban Əliyeva Azərbaycanı boykot edənləri və ona dəstək verənləri utandırdı”
Mehriban xanım Əliyeva təşkilatçılıq qabliyyəti ilə Azərbaycanın düşmənlərini və ona dəstək verənləri utandırdı. “Olaylar” xəbər verir ki, bu fikri millət vəkili Fəzail İbrahimli Milli Məclisin bu gün keçirilən iclasında Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı çıxışı zamanı deyib. Onun sözlərinə görə, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini kənara qoyub, təkcə dünya və Azərbaycan tarixində şərəflə yazılacaq Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabliyyəti və bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adınızı yazdırmış oldunuz.
Siyavuş Novruzov: “Mehriban Əliyevanın birinci-vistse prezident seçilməsi cəmiyyətin sosial sifarişi idi”
Millət vəkili Siyavuş Novruzov parlametin plenar iclasında Mehriban Əliyevanın birinci-vistse prezident seçilməsini cəmiyyətin sosial sifarişi kimi qiymətləndirib.”Olaylar”ın xəbərinə görə, o, bu təyinatı eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının bariz nümunəsi kimi dəyərləndirib. O, qeyd edib ki, bu təyinat hakim partiya üçün ikiqat sevinclidir. Çünki 2013- cü ildə M. Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi ilə o, YAP-ın fəaliyyətinə yeni impuls verib.
“Azərbaycanın hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam”
“Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib. O bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.
Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edib
Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb. “Olaylar” xəbər verir ki, iclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edir. Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Mehriban xanım 12 ildir, deputatdır. O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub: “Mehriban xanım öz evinə gəlib.
ABŞ-dan sensasion hesabat: "Sarkisyan saxta yolla prezident seçilib"
ABŞ Dövlət Departamenti İnsan Haqlarının vəziyyətinə dair illik hesabat hazırlayıb. 2016-cı il üzrə hesabatda Ermənistana xüsusi yer verilib. Hesabatda vurğulanıb ki, bundan əvvəl Ermənistanda keçirilən seçkilər saxtalaşdırlıb: "Siyasi arena Ermənistan prezidenti Serj Sarkisyan və onun Respublika partiyasının əlindədir. 2012, 2013 və 2015-ci illərdə keçirilən prezident, parlament seçkiləri və konstitusiya islahatlarına dair referendum yaxşı təşkil olunsa da, qeydə alınan ciddi qanun pozuntuları ümumilikdə seçki prosesini şübhə altına alır. 2008-ci il prezident seçkilərindən sonra ölən şəxslərə görə heç kim məsuliyyətə cəlb olunmayıb", -deyə ABŞ Dövlət Departamentinin yaydığı hesabatda bildirilib.
Dayənin 4 yaşlı uşağa qarşı vəhşilyi kameraya düşdü - VİDEO
ABŞ-ın Pensilvaniya ştatında 52 yaşlı Sarah Qable adlı bir qadın dayə 4 yaşlı uşağı pilləkəndən aşağı atıb.
"Qadınların işləməsi 2 trilyon dollar gəlir deməkdir"
Qadınların kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin əsas prioritelərindədir. Bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
İraq ordusu Mosulda Türkiyə konsulluğunun binasını nəzarət altına alıb
İraqın təhlükəsizlik xidməti Mosulun qərbində Türkiyə konsulluğunun binasını nəzarət altına alıb. İraq hərbçilərinin İŞİD-lə mübarizəsi davam edir. Təhlükəsizlik xidməti bundan əvvəl, Mosulun bir sıra hökumət binasının yerləşdiyi kompleks üzərində nəzarəti bərpa etmişdi. Bundan başqa, İraqın çevik polis qüvvələri də Mosul polis idarəsini və ədliyyə departamentini geri alıb.
Bayramın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Əli Əmirlinin əsəri Ümumrusiya teatr festivalında
"Tatar-inform"un verdiyi xəbərə görə martın 12-də Tatarıstan Respublikasının Buinsk şəhərində Volqaboyu və Ural xalqları teatrlarının "İdel - Bua - Ural - dialoq məkanı" adlı Birinci Ümumrusiya teatr festivalı start götürəcək. Festivalda Qazağıstan, Tatarıstan, Başqırdıstan, Udmurtiya, Mari-El, Ulyanovck vilayəti, Komi və Kalmıkiya Respublikalarının teatrları çıxış edəcək.
Azərbaycanda "piy biznesi" - Arıqlamaq üçün pul tökən məşhurlar
Son illərdə şou-biznesdə əksər xanım sənətçilər arıqlamaqları ilə gündəmə gəlirlər. Onlar arasında təbii yolla, yəni pəhriz saxlayıb idman edənlər əlbəttə ki, azlıq təşkil edir. İncəsənət nümayəndələri qüsursuz bədənə sahib olmaq üçün həkimlərə müraciət edir, liposaksiya etdirmək niyyətinə düşürlər.
Beren Saat: "Ötən il vətən xaini idim, bu il Şərəf mükafatı aldım"- VİDEO
Aktrisa Beren Saat "Milli Mövqe Şərəf Mükafatı"na ("Ulusal Duruş Onur Ödülü") layiq görülüb. Milli Hərəkat Platformu tərəfindən 11 universitetdə gənclərlə aparılan anket nəticəsində 27 tanınmışa mükafat verilib. B.Saat öz mükafatını alarkən son bir ilin onun üçün çox çətin keçdiyini bildirib: "Mənim haqqımda danışmaq üçün daha bir yeni mövzu çıxdı. Vətən xainliyindən Şərəf mükafatına qədər gedən bir il... Çətin il, amma nəticəsi gözəl oldu. Yaxşı ki Atatürk övladıyam, bütün bunları yaşayıram".
Washington Times: "ABŞ Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını alqışlamalıdır"
Bu gün qadınların öz hüquqları üçün mübarizə apardığı müsəlman dünyasında Azərbaycan Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması ilə irəliyə tarixi addım atmış oldu.














