Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edib
Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb. “Olaylar” xəbər verir ki, iclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edir. Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Mehriban xanım 12 ildir, deputatdır. O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub: “Mehriban xanım öz evinə gəlib.
7 Mart 2017 13:44 SosialAzərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb. "Olaylar" xəbər verir ki, iclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edir. Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Mehriban xanım 12 ildir, deputatdır. O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub: "Mehriban xanım öz evinə gəlib. Uzun müddət fəaliyyət göstərən Mehriban xanımın yeni vəzifəyə təyin edilməsi Azərbaycanın inkişafına müsbət töhfələrini verəcək. Mehriban xanım millət vəkili olduğu illərdə 4 Aministya Aktının müəllifi olub. Hər akt 10 min insana şamil olunub. Bunu nəzərə alsaq onun nə qədər insana sevinc bəxş etdiyini görə bilərik. O, parlamentdə fəaliyyət göstərdiyi illərdə digər mühüm işlərə imzasını atıb", - deyə spiker qeyd edib. Sonra Mehriban Əliyeva çıxış edib: "Cənab prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunmağımla əlaqədar Milli Məclisdəki fəaliyyətimi dayandırıram. 10 ildən çox millət vəkili fəaliyyət göstərmişəm. Ölkədə keçirilən islahatlar və dövlətçiliyin inkişafına töhfələrini verən digər sahələrdə çalışmışam".
I vitse-prezident millətm vəkili olduğu Bakının Xəzər rayonunda son bir ildə gördüyü işlər barədə məlumat verib. O, fəliyyətdə olduğu müddət ərzində insanlara yardım etməyə çalışdığını və olunan müraciətləri yerinə yetirməyə çalışdığını diqqətə çatdırıb: "Yeni təyin olunduğum vəzifədə də uğurla çalışacam. Mənə inanan hər kəsi əmin edirəm ki, öz gələcək fəaliyyətimi məməvi dəyərlər üzərində quracam".