Gündəm

General Patruşev Qarabağdakı eskalasiyanı İrəvanda müzakirə edib

7 Mart 2017 14:27

Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşevin İrəvana ötən gün başlayan və bu gün də davam edən səfəri zamanı əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi zonasında gəginliyin artması olub.

Krala qarşı terrorun qarşısı alındı

7 Mart 2017 14:26

Malayziyada saxlanılan dörd Yəmən vətəndaşı bir müddət əvvəl Kuala Lumpurda olan Səudiyyə Ərəbistanının kral ailəsinə qarşı terror aktı törətməyi planlaşdırıb. Bu barədə jurnalistlərə Milli Polisin rəhbəri Xalid Əbu Bakar bildirib. "Onlar nəsə edənə qədər biz onları həbs etməyi bacardıq" - ölkənin baş polisi deyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaşları 26-33 arasında dəyişən əcnəbilər fevralın 26-da antiterror reydi zamanı saxlanılıblar. Şübhəlilər arasında Malayziyada özəl universitetdə təhsil alan tələbə də var. Eyni zamanda, yerli restoranlardan birində aşpaz işləyən şəxs də şübhəlilər sırasındadır. 

Putindən xəyanətkar qadınla bağlı gözlənilməz qərar

7 Mart 2017 14:23

Rusiya prezidenti Vladimir Putin 2016-ci ildə casusluq formasında dövlətə xəyanət edən Soçi sakiniOksana Sevastidini əfv edib. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Bildirilib ki, dövlət başçısı "humanizm prinsiplərini rəhbər tutaraq" fərman imzalayıb.  Fərman beş gün sonra rəsmi dərc edildikdən sonra qüvvəyə minir.

9 nəfərdə QİÇS aşkar olunub

7 Mart 2017 14:21

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin fevral ayının sonuna qədər müayinədən 249050 nəfər keçib. Nazirlikdən “Olaylar – a bildirilib ki, 1 iyun 2015-ci il – 28 fevral 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Fevral ayında müayinədən keçmiş 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkar olunub.

Köhnə tarixin təzə məsələləri və yaxud bior gün də tarixdir

7 Mart 2017 14:19

Dördə bölünməyən illərdə 365 gün olur.Qalıqsız dördə bölünə bilən illər (4,8,12,...1880,1884,1892, 2012,2016 və s. rəqəmləri ilə tanınan illər uzun günlü (burada-366 günlü-N.N.) illər hesab olunur. Kim dörd ildən bir gələn 366 günlük ildə anadan olubsa, onun  ad günü dörd ildən bir keşirilir (Bəziləri,əlbəttə, sərfəli variant tapa bilirlər).

5 nəfərin olduğu təyyarə qəzaya uğradı: ölən var

7 Mart 2017 14:19

Tailandın paytaxtından Banqkoka uçan sanitar təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.  Məlumata görə, təyyarə hind aviasiyasına məxsusdur və naməlum səbəblərdən havada alışıb.  Göyərtədə beş nəfər olub, təyyarənin pilotu ölüb. Bundan başqa, iki həkim ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha iki nəfər yüngül xəsarət alıb.  Hindistanın XİN rəhbəri Suşma Svarc "Twitter" hesabında ölənin ailəsinə başsağlığı verib.

2 aprel: yenə qan su yerinə axacaq?!

7 Mart 2017 14:13

Ermənistandan alınan xəbərlərə görə, aprelin 2-də keçiriləcək parlament seçkisi ərəfəsində namizədlər arasında qan tökülməsilə nəticələnən toqquşmalar baş verir. Vəziyyət o qədər gərgindir ki, keçmiş prezident Robert Köçəryan hakimiyyətə qarşı açıq bəyanatla çıxış edib.

“Azərbaycan bölgədə mərkəzi qovşaq rolunu oynayacaq”

7 Mart 2017 14:11

Prezident İlham Əliyevin İrana səfəri, səfər çərçivəsində imzalanan sənədlər, dövlət başçıları tərəfindən verilən bəyənatlar deməyə əsas verir ki, artıq iki qonşu dövlət arasındakı münasibətlər ən yüksək səviyyəyə yüksəlib. Bu isə o deməkdir ki, Azərbaycanın regionda yürütdüyü xarici siyasət öz bəhrəsini verib. Beləliklə, Azərbaycan regionda barışdırıcı və nizamlayıcı funksiyasını artırmaqda davam edir. Bunun üçün isə qonşu dövlətlərlə münasibətlərin genişlənməsinə böyük ehtiyac bar. Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korruppsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin indiki mühüm bir dövrdə İrana gerçəkləşən səfəri mühüm əhəmiyyətə malikdir: “Orada imzlanmış sənədlər təkcə Azərbaycan və İranın münasibətlərinin gələcək inkişafı baxımından deyil, eyni zamanda, bölgə ölkələri üçün də yeni əməkdaşlıq imkanları açacaq.

Müsəlman dünyasını birləşdirəcək güclü, vahid İslam təşkilatının yaradılması tarixi zərurətə çevrilib

7 Mart 2017 14:05

Müasir dövrdə dünyanın iqtisadi, siyasi və mədəni sferalarına nəzər salsaq, bir sıra beynəlxalq və regional güclərin dünyaya hökmranlıq etmək uğrunda amansız mübarizəsinin şahidi oluruq. Bunlar Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Şərqi Asiya ölkələri, eləcə də Rusiya və MDB ölkələridir. Şübhəsiz ki, yuxarıda qeyd edilən güclər içərisində ən qüvvətlisi ABŞ-dır. Digər üç regional birlik isə bəzən ABŞ-la bəzən isə müstəqil hərəkət edərək dünyada baş verən hadisələrə öz prinsip və maraqlarına uyğun olaraq təsir göstərməyə çalışır.

Qanunsuz yolla külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alınıb

7 Mart 2017 14:03

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

ETSN: Sürüşmə baş vermiş Bakı-Şamaxı yolunun 106-cı km-də çoxlu tektonik çat var

7 Mart 2017 14:01

“Dünən Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyində baş vermiş torpaq sürüşməsi aktiv fazadadır”. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ötən il Geoloji planlama ekspedisiyanın Bakı-Şamaxı avtomobil yolunun 106-cı km-də istiqaməti dəyişmək barədə tövsiyə xarakterli təklif irəli sürdüyünü xatırladan Ə. Qaralov bildirib ki, növbəti dəfə həmin ərazidə sürüşmə baş verib, sürüşmə davam edir: “Sürüşmə “Acıdərə” adlı ərazini əhatə edir. “Acıdərə”nin həm sağ, həm də sol tərəfi Şamaxı-Qobustan sinklinoriumunda yerləşir. Altında maykop çöküntüləri, üstündə 3 metrə yaxın torpaq qatıdır. Yolun sol tərəfində yamacın meyliliyi təxminən 20 dərəcədir. Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyində çoxlu tektonik çatlar mövcuddur və yeraltı sular demək olar daimi üzdə olur. Həmin horizont sulu horizontdur”.

“Dərs” filmi ilə kinoteatrlarda

7 Mart 2017 13:59

9 mart tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.Kinostudiyadan “Olaylar” – a bildirilib ki, filmin nümayişi 9 mart tarixindən etibarən Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Beynəlxalq Qadınlar günü ilə əlaqədar konsert keçirilib

7 Mart 2017 13:56

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib. Baş İdarədən 2Olaylar2 – a bildirilib ki,  konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov, əməkdar artist Anar Şuşalı, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Bu həftə Musiqili Teatrda

7 Mart 2017 13:55

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş ediləcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tamaşaçılar 8, 10, 11, 12 mart tarixlərində saat 12.00 və 19.00-da Qara Qarayevin musiqiləri əsasında “Mənim günahım” (İ. Əfəndiyev), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Talelər qovuşanda” (R. Hacıyev), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 11 mart tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”,12 mart tarixində isə R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın “Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq.

“Batalyon” sənədli filminin təqdimatı keçirilib  

7 Mart 2017 13:53

Tərtər Rayon Mədəniyyət Mərkəzində “Yaddaş” studiyasının Tərtər özünümüdafiə batalyonunun keçdiyi döyüş yolundan bəhs edən “Batalyon” sənədli filminin təqdimatı olub. “OLAYLAR”-ın xəbərinə görə, təqdimatdan sonra filmin rejissoru Nizami Abbas filmin çəkilişində onlara dəstək olmuş Tərtər batalyonunun veteranlarına öz təşəkkürünü bildirib.