Köhnə tarixin təzə məsələləri və yaxud bior gün də tarixdir
Dördə bölünməyən illərdə 365 gün olur.Qalıqsız dördə bölünə bilən illər (4,8,12,...1880,1884,1892, 2012,2016 və s. rəqəmləri ilə tanınan illər uzun günlü (burada-366 günlü-N.N.) illər hesab olunur. Kim dörd ildən bir gələn 366 günlük ildə anadan olubsa, onun ad günü dörd ildən bir keşirilir (Bəziləri,əlbəttə, sərfəli variant tapa bilirlər).
7 Mart 2017 14:19 SosialKöhnə tarixin təzə məsələləri və yaxud Ay var,gün var,toy var,düyün var
2017 rəqəmi dördə bölünmür.
Dördə bölünməyən illərdə 365 gün olur.Qalıqsız dördə bölünə bilən illər (4,8,12,...1880,1884,1892,
2012,2016 və s. rəqəmləri ilə tanınan illər uzun günlü (burada-366 günlü-N.N.) illər hesab olunur. Kim dörd ildən bir gələn 366 günlük ildə anadan olubsa, onun ad günü dörd ildən bir keşirilir (Bəziləri,əlbəttə, sərfəli variant tapa bilirlər).
Məhəmməd Əmin Rəsulzadə çox yerdə yazılan kimi 31 (otuz bir) yanvar 1884-cü ildə yox, 29 fevral 1884-cü ildə dünyaya göz açıb.(Mə bu faktı təsdiq edən sənədləri dəfələrlə elmi ictimaiyyətin nəzərinə çatdırmışam).
Deməli, M.Ə.Rəsulzadə 71 illik ömründə cəmi17 dəfə ad günü keçirə bilərdi.
1888,1892,1896,1900,1904,1908,1912,1916,1920,
1924,1928,2932,1936,1940,1944,1948,1952.
Dünən ayın (fevralın) 28 -i idi.
Bir neəç idir ki,yazılarımda M.Ə.Rəsulzadənən 29.02.1884 -cü ildə anadan oduğunu gösrərirəm.Sözümü faktlarla deyirəm.Amma dəyirman və çax-çax məsələsi yada düşür.
Mən gözləyirəm ki,
M.Ə.RƏSULZADƏNİN HƏYATI, GENİŞ, HƏRTƏRƏFLİ VƏ ÇOXCƏHƏTLİ fəaliyyəti ilə ciddi və ardıcıl məşğul olanlar MƏNİM FİKRİMƏ MÜNASIBƏT BİLDİRSİNLƏR.
Axı söhbət adi bir insanın yox, adı tarixlərə düşən dahilərdən biri haqqındadır.
Təəssüf ki, ölkənin və bu ölkənin yetişdirdiyi məşhur insanların tarixi ilə məşğul olmaq məqsədilə yaradılan,vu sahədə böyük işlər görən AMEA Tarix İnstitutu susur, tarıx kitablarındakı qüsurları təshih etməyi o qədər də əhəmiyyətli iş hesab etmir.
Respublikamızın yüksək səviyyəli tarixçi və filosof alimləri də dərsliklərdəki həlli vacib olan qüsurların aradan qaldırılmasına meyil göstərmirlər.
Mənim belə kəskin danışmağım təəccüblü görünməsin. Avropa Azərbaycan Məktəbində kafedra müdiri vəzifəsində işləyəndə də,keçmiş TQDK-nın fənn komissiyasınln sədri və 23 illik stajı olan eksperti kimi bu məsələlər haqqında dəfələrlı mötəbər məclislərdə çıxış etmiş,müxtəlif mətbu orqanlarda məqalələrlə çıxış etmişəm.
M.Ə.Rəsulzadənin doğum tarixi haqqında dediklərimə etinasızlıq daha çox təəccüb doğurur.
Bu məsələdən söz açanda,fikirlərimi oxucularla və alimlərlə bölüşəndə təkcə bir professor M.Ə.Rəsulzadənin tərcümeyi-halına aid aşkarlanan və incələnən arxiv sənədlərinə hörmətlə yanaşmağın vacibliyini yüksək qiymətləndirdi və 31 yanvar 1884-cü il tarixinin 29 fevral 1884 cü il ilə dəyişdirilməsinin doğruluğunda mənimlə həmfikir oldu.Amma köhnə təqvimlə təzə təqvim məsələsini qabartmağın vacibliyini vurğuladı.
Hörmətli professor öz maraqlı şərhində M.Ə.Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olması faktını qəbur edir,bəyənir,
amma 29 fevralın üstünə 12 gün gəlməyi təklif edir. Bu fikir və hesabla, M.Ə.Rəsulzadənin martın 12-də anadan olduğunu bəyan edir.
Burada başqa bir məsələ ortaya çıxır.Görəsən, dördə bölünməyən illərdə doğulanların ad günü necə keşiriləcək?
Əlimi uzadıb yazı masamın üstündəki nəfis tərtibatlı bir kitabı vərəqləyirəm.
(Müəlliflər-Nizami Cəfərov,Teymur Kərimli, Zaman Əsgərli, Afət Bakıxanova. Ədəbiyyat.
Ümumtəhsil məktəbləri 10-cu sinfi üçün dərslik,Bakı,2009-cu il)
Səh.137. M.F.Axundadə 1812-ci il iyun ayının 30-da Şəki .əhərində anadan olmuşdur.
Əgər bu köhə stillədirsə, mötərizədə iyul ayına düşən gün də göstərilməlidir.(Əslində bu tarixin özü düz deyil.MşF.Axundzadə 1811-ci ildə anadan olmuşdur-N,N.).
Dərslikdəki bu oçerkdə M.F.Axundzadənin dünyadan köçmə tarixi.
28 fevral 1878-ci il( dördə bölünməyən il-N.N.), yeni stillə martın 10-u göstərilib.Burada "köhnə stil+12 gün" fəklifi yerinə düşmür.
Necə deyərlər, Molla Nəsrəddin demişkən,
Üzr betdər əz günah(üzrü günahından betər).
Səh.154-156. S.Ə.Şirvani oçerkində də şairin doğum (10 iyul 1835-ci il) və ölüm tarixi (20 may 1888-ci il) miladi təqviminin hansı stili ilə yazıldığı bilinmir.
S.Ə.Şirvani oçerkini dörd müəllifdən hansının yazdığı bilinmir.
Nə isə... Bu tarix ki var, qəliz məsələ imiş...
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
keçmiş TQDK-nın Azərbaycan dili üzrə eksperti,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi.
01.03.2017