“Batalyon” sənədli filminin təqdimatı keçirilib
Tərtər Rayon Mədəniyyət Mərkəzində “Yaddaş” studiyasının Tərtər özünümüdafiə batalyonunun keçdiyi döyüş yolundan bəhs edən “Batalyon” sənədli filminin təqdimatı olub. “OLAYLAR”-ın xəbərinə görə, təqdimatdan sonra filmin rejissoru Nizami Abbas filmin çəkilişində onlara dəstək olmuş Tərtər batalyonunun veteranlarına öz təşəkkürünü bildirib.
7 Mart 2017 13:53 SosialTərtər Rayon Mədəniyyət Mərkəzində "Yaddaş" studiyasının Tərtər özünümüdafiə batalyonunun keçdiyi döyüş yolundan bəhs edən "Batalyon" sənədli filminin təqdimatı olub. "OLAYLAR"-ın xəbərinə görə, təqdimatdan sonra filmin rejissoru Nizami Abbas filmin çəkilişində onlara dəstək olmuş Tərtər batalyonunun veteranlarına öz təşəkkürünü bildirib. Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərərin və tərtərlilərin sözün həqiqi mənasında qəhrəman olduqlarını bildirmiş, bu gün də tərtərlilərin Tərtər özünümüdafiə batalyonunun ənəənəsinə sadiq qalaraq düşmənə bir qarış da torpaq vermədiklərini bildirib, aprel hadisələri tərtərlilərin vətənə necə bağlı olduqlarını bir daha sübut etdiyini qeyd edib. Sonra rayon rəhbəri filmin rejissoru Nizami Abbasa xatirə hədiyyəsi, Tərtər özünümüdafiə batalyonunun sabiq qərargah rəisi Pənah Məmmədova isə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Vətən naminə" medalını təqdim edib.