“Dərs” filmi ilə kinoteatrlarda
9 mart tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.Kinostudiyadan “Olaylar” – a bildirilib ki, filmin nümayişi 9 mart tarixindən etibarən Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
7 Mart 2017 13:59 Mədəniyyət9 mart tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi "Bizim Kino Günləri 2017" layihəsi çərçivəsində Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.Kinostudiyadan "Olaylar" - a bildirilib ki, filmin nümayişi 9 mart tarixindən etibarən Nizami Kino Mərkəzində, "Park Cinema" və "CinemaPlus" kinoteatrlar şəbəkəsində baş tutacaq. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.
Qeyd edək ki, filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci "Kinoşok" Beynəlxalq Film Festivalının "KinoMalıŞok" proqramının "Ən yaxşı film", Belarusiyanın 23-cü "Listapad" Minsk Beynəlxalq Film Festivalının "Qızıl Listapadik" mükafatlarına layiq görülüb. "Dərs" filmi həmçinin Hindistanın 5-ci Delhi və Banqladeşin 15-ci Dəkkə Beynəlxalq Film Festivallarında nümayiş olunub.