Gündəm

SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə pul verdi - SİYAHI

7 Mart 2017 15:08

Ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində SOCAR-ın "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Qadınları bayrama aparan avtobus aşdı: 7 ölü, 35 yaralı - YENİLƏNİB - VİDEO 

7 Mart 2017 15:06

Türkiyədə ağır yol qəzası baş verib. Bursa-Ankara avtomobil yolunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Moskva vilayətində “quş qripi” aşkarlanıb

7 Mart 2017 15:00

Rusiyanın Moskva vilayətində “quş qripi” virusu aşkarlanıb. İnfeksiyanın ocağı Şelkovski və Sergievo-Posadsk quşçuluq fabriklərində aşkar edilib. Xəbəri İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidməti də təsdiqləyib.

Fransada qar uçqunu - 10-dan artıq adam qar altında qaldı

7 Mart 2017 14:56

Fransada istirahət mərkəzində faciə baş verib. Alp dağlarında yerləşən dağ-xizək kurort mərkəzi ərazisində qar uçqunu baş verib. İlkin məlumatlara görə, 10-dan artıq adamın qar uçqunu altında qaldığı bildirilir.

Niklas Bendtner Norveç klubunda

7 Mart 2017 14:54

"Arsenal"ın eks hücumçusu Niklas Bendtner karyerasını "Rosenborq"da davam etdirəcək. 29 yaşlı forvard Norveç klubuna "Nottinqhem Forest"dən keçib. Müqavilənin detalları açıqlanmır. Bu mövsüm "Nottinqham"in heyətində 15 oyuna çıxan danimarkalı futbolçu 2 qol vurub. Onun yeni klubu "Rosenborq" son Norveç çempionudur.

Elşad Səfərlinin alma nağılı

7 Mart 2017 14:50

Mən bu məqaləmin sərlövhəsini təsadüfi olaraq belə adlandırmadım. Ədəbi mühitdə kifayət qədər tanınan Elşad Səfərli intizar şairidir, həsrət yazarıdır, narahat bir ömür yaşayan tədqiqatçıdır və ... almalar arzusundadır. Göydən düşəcəkmi onun səbirsizliklə gözlədiyi almalar? Alma axı onun həmişə düşməyini gözlədiyi zəhmətinin bəhrəsi, məşəqqətinin rəmzi, əziyyətinin “almalaşmış” simvoludur. 

Mehman Hüseynovun həbsini siyasiləşdirmək cəhdləri heç bir fayda verməyəcək

7 Mart 2017 14:47

Konkret olaraq törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı əsasında azadlıqdan məhrum edilən bloqçu Mehman Hüseynovdan qəhrəman düzəltmək cəhdlərinə start verilib. Artıq bir neçə gündür ki, ənənəvi radikal müxalifət düşərgəsi Mehman Hüseynovun siyasi mövqeyinə görə həbs edildiyini iddia edərək onu “siyasi məhbus” kimi qələmə verməyə çalışırlar. Təbii ki, bu da cəmiyyətdə, onun siyasi və ictimai təbəqəsində etirazla qarşılanıb, Mehman Hüseynovun həbsini siyasiləşdirmək cəhdı yolverilməz hesab edilib.

Hansı tələbələr təhsil haqqından azad ediləcək?

7 Mart 2017 14:46

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 yaşından sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin (23 yaşadək) təhsil haqqının ödənilməsindən azad edilməsi ilə bağlı qərarına aydınlıq gətirib. Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva bildirib ki, vətəndaş C.Qafarov Konstitusiya Məhkəməsinə şikayət edərək “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasını xahiş edib.

İnternet saytlarında yerləşdirilən informasiyalarla bağlı qanunvericiliyə dəyişiklik zərurtə çevrilib

7 Mart 2017 14:44

Son illərin təcrübəsi göstərdi ki, ölkədə söz və məlumat azadlığından bir çox hallarda sui-istifadə hallarına yol verilir. Bir sıra hallarda mətbu orqanlar, agentliklər və xəbər portalları yayılması məqsədəuyğun olmayan məlumatları ictimailəşdirir ki, bu da bir çox hallarda milli maraqlar baxımından ziddiyət təşkil edir. Yaxud media hərbi sirlərin bilərəkdən və ya bilməyərəkdən yayılmasını həyata keçirir ki, bu da düşmənlə cəbhədə ziyanımıza işləyir. Bütün bunları nəzərə alaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəişikliklər əsasında qəbul ediləcək qanunda bir sıra vacib nüanslar öz əksini tapır.

Prezidentin sərəncamı islahatlara yol açıb

7 Mart 2017 14:42

Penitensiar xidmətin fəaliyyətin təkmilləşdirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə və cəzaların icrası işinin müasir dövrün tələblərinə uyğun qurulmasına dair ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı bu sahədə həyata keçirilən islahatların yeni mərhələyə daxil olmasına şərait yaradıb. Hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir, bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə işə qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət siyasətinə uyğun olaraq gənclərin işlə təminatına xüsusi diqqət yetirilir.

Güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində yarışacaq   

7 Mart 2017 14:38

Martın 10-12-i tarixlərində Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Güləş Federasiyasından daxil olub.

Beynəlxalq karate turniri keçirləcək

7 Mart 2017 14:36

Martın 11-12-i tarixlərində 8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-dən daxil oilub. Bildirilib ki, Bakı İdman Sarayında müxtəlif yaş qrupları üzrə yarışa 10-dək ölkə karateçiləri qatılacaq. Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları olacaq. Elə həmin gün saat !7:00-da təntənəli açılış mərasimindən sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxacaqlar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri də idarə edəcək. 8-ci "Baku Open" beynəlxalq karate turniri federasiyanın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib

7 Mart 2017 14:32

SOCAR-ın “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, bu günlərdə Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib. Quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

“Bütün Qərb mətbuatı Mehriban Əliyevanın sanballı töhfələrini alqışlayır”

7 Mart 2017 14:31

“Mehriban xanım, Sizi Azərbaycanın birinci vitse-prezidenti təyin edilməyiniz münasibəti ilə təbrik edirəm. Bu məsuliyyətli dövlət işində Sizə uğurlar arzu edirəm”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.

“Prezidentimizin ən yaxın silahdaşı kimi, ona yardımçı olacaq”

7 Mart 2017 14:29

“Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Mehriban xanımın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq”.