Mehman Hüseynovun həbsini siyasiləşdirmək cəhdləri heç bir fayda verməyəcək
Konkret olaraq törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı əsasında azadlıqdan məhrum edilən bloqçu Mehman Hüseynovdan qəhrəman düzəltmək cəhdlərinə start verilib. Artıq bir neçə gündür ki, ənənəvi radikal müxalifət düşərgəsi Mehman Hüseynovun siyasi mövqeyinə görə həbs edildiyini iddia edərək onu “siyasi məhbus” kimi qələmə verməyə çalışırlar. Təbii ki, bu da cəmiyyətdə, onun siyasi və ictimai təbəqəsində etirazla qarşılanıb, Mehman Hüseynovun həbsini siyasiləşdirmək cəhdı yolverilməz hesab edilib.
7 Mart 2017 14:47 SosialMurad Ağamiyev: "Çünki nəinki Azərbaycan, hətta bizim müxalifətin demokratiyanın beşiyi hesab etdiyi Qərb belə heç bir zaman , heç bir şərtlə öz ölkəsində xarici təşkilatların maraqlarına xidmət edən belə bir agenti sərbəst buraxmazdı"
"Hər kəs də bunu belə qəbul etməli və qanunun tələblərinə riayət etməlidir"
Konkret olaraq törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı əsasında azadlıqdan məhrum edilən bloqçu Mehman Hüseynovdan qəhrəman düzəltmək cəhdlərinə start verilib. Artıq bir neçə gündür ki, ənənəvi radikal müxalifət düşərgəsi Mehman Hüseynovun siyasi mövqeyinə görə həbs edildiyini iddia edərək onu "siyasi məhbus" kimi qələmə verməyə çalışırlar. Təbii ki, bu da cəmiyyətdə, onun siyasi və ictimai təbəqəsində etirazla qarşılanıb, Mehman Hüseynovun həbsini siyasiləşdirmək cəhdı yolverilməz hesab edilib.
Demokrat Gənclər Hərəkatının təsisçisi və sədri, Yeni Azərbaycan Partiyasının üzvü Murad Ağamiyev deyib ki, müstəqil Azərbaycan dövlətinin söz, ifadə və mətbuat azadlıqlarına verdiyi qiymət tam mahiyyəti ilə bəllidir. Onun sözlərinə görə, yeni dünya nizamı qaydaları çərçivəsində və demokratik dəyərlər əhatəsində bu sahədə lazım olan şərait yaradılıb: "Hökumətin ümumilikdə humanist prinsiplər əsasında fəaliyyət göstərməsi bütün sahələrdə olduğu kimi bu sahəyə də öz müstəsna müsbət təsirini göstərib. Beynəlxalq missionerlərin təsiri altında Azərbaycan əleyhinə qara piar aparmaq və respublika daxilində siyasi təxribatları təşkilatlandırmaq və koordinasiya etmək kimi çirkin missiyanı öz üzərinə götürən bəzi şəxslər isə bütün vasitələrdən faydalanıb, öz güclərini səfərbər edib dayanmadan siyasi hakimiyyətin devrilməsi, vətəndaş müharibəsinin alovlanması istiqamətində potensial iş aparırlar. Ölkə daxilində siyasi müxalifət palatası kimi təqdim edilən anti-milli qüvvələr isə birmənalı olaraq belə çirkin və qara piara öz tövhələrini verir. İllərdir ki, bu müxalifət koalisiyası hökumətdən qovulan, vətən xaini olan, dövlətə və milli dövlətçilik məfkurəsinə xəyanət edən cinayətkarlara tərəfdarlıq edir, onların hüquqlarının müdafiəsinə qalxır. Müxalifətin Mehman Hüseynovun həbsini də siyasiləşdirmək cəhdi eynilə bundan əvvəlki kampaniyalardan fərqlənməyən bir dəyişməz standartdır. Biz hər birimiz çox yaxşı bilirik ki, Mehman Huseynov və onun böyük qardaşı Emin Huseynov qərbli missionerlərin təsiri və himayəsi altındadır". Murad Ağamiyev deyib ki, açıq-aydın xarici servislərə xidmət edən, Respublikanın imicini zədələyən və sifariş əsasında jurnalistikanın imtiyazlarından sui-istifadə edən şəxs bu əməlləri ilə tamamilə bütün təhlükəsizlik və daxili idarəçilik mexanizmlərini heçə sayırdı: "Mən dəfələrlə çıxışlarım zamanı dönə-dönə vurğulamışam, heç bir vəchlə ölkə daxilində xarici servislərin, təşkilatların sifarişlərini yerinə yetirən şəxsləri özbaşına, nəzarətsiz buraxmaq olmaz və lazım gəldiyi zaman belə şəxslərin azadlıqdan
məhrum edilməsi, qanun çərçivəsində cəzalandırılması labüddür. Mehman Hüseynov o şəxslərdəndir ki, söz, ifadə və mətbuat azadlıqlarının təmin olunması barəsində mövcud olan qanundan sui-istifadə edib, açıq formada , çəkinmədən xarici təşkilatların himayəsi altında anti-Azərbaycan təbliğatı aparıb, bir sözlə düşmən dəyirmanına su töküb. Müxalifət adlandırdığımız siyasətçilər isə ümumilikdə nə siyasəti bilirlər, nə də normal düşüncə qabiliyyətinə malikdirlər. Tam normal müxalifət bizim ölkəmizdə olduğu kimi olmur. Müxalifətin missiyası başqa ölkələrin tabeliyində olmaq, onlardan mədət ummaq deyil. Həqiqi müxalifət birmənalı qaydada ölkə daxilində müstəqil siyasi təsisata dəstək verməlidir, ölkənin uğurlarına sevinib, neqativ halların punktual və adekvat formada aradan qaldırılmasına tövhə verməlidir. Hakimiyyəti özü üçün düşmən elan edən müxalifət liderləri və onların ailə üzvləri xarici ölkələrdə həqiqi düşmənlərimizin özləri və ailə üzvləri ilə birlikdə görünürlər. Görünür ki, bu insanlar heç də sağlam olmayan bir ideologiyaya söykəniblər. ``Düşmənimin düşməni mənim dostumdur`` - belə ideologiya heç bir vəchlə sağlam ola bilməz və qəbul edilməsi mümkünsüzdür". Murad Ağamiyev bildirib ki, müxalifət tamamilə fərqli anlayışdır: "Bunun bariz nümunəsi Türkiyədə mövcuddur. Çox təəssüf ki, bizdə belə normal ab-hava yoxdur və belə müxalifət liderləri var olduqca heç bir zaman da olmuyacaq. Mehman Hüseynovun həbsini siyasiləşdirmək cəhdləri sözsüz ki, heç bir fayda verməyəcək. Çünki nəinki Azərbaycan hətta bizim müxalifətin demokratiyanın beşiyi hesab etdiyi Qərb belə heç bir zaman , heç bir şərtlə öz ölkəsində xarici təşkilatların maraqlarına xidmət edən belə bir agenti sərbəst buraxmazdı. Azərbaycan hakimiyyəti də ölkənin təhlükəsizliyi və özünümüdafiənin təmin edilməsi məqsədilə lazımi tədbirləri icra edib. Bu məsələnin nə başqa formada izahı var, nə də pərdə arxası hansısa bir gizli qalan nüansı var. Hər kəs də bunu belə qəbul etməlidir və qanunun tələblərinə riayət etməlidir. Unutmaq olmaz ki, əzəli düşmən heç vaxt həqiqi dost ola bilməz".
Füzuli