Gündəm

Nursultan Nazarbayev gələn ay Azərbaycana səfər edəcək

7 Mart 2017 16:20

Gələn ay Qazaxıstan prezidentiNursultan NazarbayevAzərbaycana səfər edəcək. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.

"Ermənistanla danışıqlar dayanıb" - XİN

7 Mart 2017 16:16

"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb". Bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".

Bir həbsin səbəb olduğu düşüncələrim

7 Mart 2017 16:12

Elə adamlar olur ki, onlar haqqında yazmağım gəlmir. Çünki buna layiq olduqlarını düşünmürəm. Səs-küyləri olur, özlərini hansısa yollarla ictimai rəyə sırımağa çalışırlar, amma baxırsan ki, içi boş qazan kimi bir şeydirlər. Ona görə də qələmimi elə adamlara bulaşdırmaq istəmirəm. Amma bəzən aldadılmış ictimai rəyin belələrinə aldanmağa meyllərini gördükdə düşünürəm ki, o cür adamların deyil, aldadılmaq üzrə olan ictimai rəyin xatirinə mən də bir münasibət bildirim.

Dmitri Medvedyev Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

7 Mart 2017 15:57

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

7 Mart 2017 15:55

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması sosial sifarişdir

7 Mart 2017 15:42

Martın 7-də Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib. Öncə spiker Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, Mehriban xanım 12 ildir ki, parlamentdə deputat kimi fəaliyyət göztərir. O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb.

Əsassız qiymət artımına gedənlərə qarşı daha ciddi sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb

7 Mart 2017 15:41

Son günlər bazarlarda, eləcə də iri supermarketlərdə ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bir çoxları bunu normal hesab edərək adətən Novruz bayramı ərəfəsində qiymət artımının baş verdiyini söyləyirlər. Ticarətçilər isə qiymət artımını Amerika dollarının kursu ilə bağlı olduğunu iddia edirlər. Ancaq maraqlısı odur ki, hazırda Amerika dollarının dəyəri manata nisbətən sabit vəziyyətdədir və əvvəlki aylarla, hətta keçən illə müqayisədə dollar o qədər də baha deyil. Bəs bunun qarşılığında ərzaq məhsullarının qiymətinin artımı nə ilə bağlıdır? Yaranmış vəziyyətdən istifadə edən bəzi ticarətçilər süni qoymət artımınamı yol verirlər? Bu və ya digər məsələlərlə bağlı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifova müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə Fikrət Yusifov qiymət artımını doğuran səbəblər barədə danışıb.

DİM: Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərinə ƏDV tətbiq edilməyəcək

7 Mart 2017 15:38

“Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərinə Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq edilməyəcək”. Bunu  Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

Ermənistan: "geosiyasi turbulentlik" və regional risk mənbəyi

7 Mart 2017 15:33

Dünya siyasətində müşahidə edilən bir sıra proseslər rəsmi İrəvanı xeyli çətinliyə salıb. Son günlər erməni mətbuatı həmin hadisələrə reaksiyanı ifadə edən yazılar dərc edir. Hiss olunur ki, orada siyasi-ideoloji təfəkkürdə inersiya davam edir və heç bir yeniləşmə yoxdur. Böyük geosiyasi güclərin atdıqları addımları birtərəfli və yanlış kontekstdə təqdim etməyə çalışan erməni ekspertlər Ermənistanın regiondakı rolu barədə də absurd tezislər irəli sürürlər. Bu zaman onlar bölgənin İran, Türkiyə və Rusiya kimi böyük dövlətlərinin xarici siyasətini təhrif edirlər. Ayrıca, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət kursuna ləkə salmağa cəhd göstərirlər. Təbii ki, bütün bunlar acı təəssüfdən başqa bir şey yaratmır. Çünki söhbət bütövlükdə Cənubi Qafqazın taleyindən gedir və bunda hər kəsin məsuliyyəti vardır. "Geosiyasi turbulentliyə" düşüb, hərəkət məntiqini və istiqamətini itirən Ermənistan faktiki olaraq region üçün risk mənbəyinə çevrilib. Qəribədir ki, buna ABŞ, Rusiya və Fransa həmsədr dövlətlər kimi ciddi reaksiya vermirlər. Belə gedişat nələrlə sonuclana bilər?

ABŞ İranın qarşısından necə qaçdı...

7 Mart 2017 15:27

Pentaqon Fars körfəzindəki İran hərbi gəmilərinin manevrlərindən narahatdır. Pentaqondan yayılan məlumata görə, İrana məxsus gəmilər təhlükəli və qeyri-peşəkar davranırlar. Martın 2-də bir İran gəmisi ABŞ-ın keşikçi gəmisinin 150 metrliyinə yaxınlaşıb. Martın 4-də isə bir neçə hərbi katerin eyni ABŞ gəmisinə və 3 Britaniya gəmisinə yaxınlaşdığı qeydə alınıb.

Deputatdan Ombudsmanın hesabatına sərt reaksiya

7 Mart 2017 15:24

Milli Məclisdə İnsan Haqları üzrə Müvəkkilin ( Ombudsman)nın illik hesabatı dinlənilib. “Olaylar” xəbər verir ki, millət vəkili Zahid Oruc Elmira Süleymanovanın parlamentə təqdim etdiyi hesabata sərt reaksiya verib.

Jirinovski: “Oksana Puşkina Bakıya getməklə qanunu pozub...”

7 Mart 2017 15:23

Qalmaqallı rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski yenə çıxışında Azərbaycanın adını çəkib.

Məleykə Abbaszadə: “Gələcəkdə digər təhsil səviyyələri üzrə imtahanda bir neçə dəfə iştirak imkanı yaradılması nəzərdə tutulur”

7 Mart 2017 15:21

Ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul qaydaları Dövlət İmtahan Mərkəzi tərəfindən işlənib hazırlanıb (müvafiq nazirliklərin rəyi nəzərə alınmaqla) və cari ilin fevral ayında Nazirlər Kabinetitərəfindən təsdiq edilib. Qeyd edilən qaydalarda ötən illə müqayisədə, demək olar ki, dəyişiklik yoxdur. Yalnız bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə  seçdikləri hər hansı bir ixtisas qrupu üzrə ( V ixtisas qrupu istisna olmaqla)  eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Bildiyiniz kimi, ötən ilə qədər əvvəlki illərin və cari ilin məzunları qəbul imtahanını müxtəlif vaxtlarda verirdilər.

Dövriyyədə nağd pul kütləsinin azaldılması siyasəti başadüşüləndir

7 Mart 2017 15:16

Ölkədə pul bazası azalmaqda davam edir. Belə ki, bu il martın 1-nə sözügedən göstərici 6.987 milyard manat təşkil edib. Mərkəzi Bankın (AMB) son məlumatına əsasən, bu, 1 ay əvvəl ilə müqayisədə 344,7 milyon manat və ya 4,7 faiz az deməkdir. İlin əvvəlinə nisbətən isə qeyd olunan göstərici 873,5 milyon manat və yaxud 11,11 faiz az təşkil edib. Ancaq son 1 ildə isə 598,5 milyon manat və yaxud 9,37 faiz artıb.

Aprel müharibəsi: tanklara tökməyə dizel yox imiş...

7 Mart 2017 15:10

Ermənistanın baş naziri Karen Karapetyanın bu günlərdə ötən il Qarabağdakı aprel döyüşləri zamanı erməni ordusunun yanacaq problemi ilə üzləşdiyi barədə sensasion bəyanatı ilə bağlı qalmaqal səngimir.