Əsassız qiymət artımına gedənlərə qarşı daha ciddi sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb

Son günlər bazarlarda, eləcə də iri supermarketlərdə ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bir çoxları bunu normal hesab edərək adətən Novruz bayramı ərəfəsində qiymət artımının baş verdiyini söyləyirlər. Ticarətçilər isə qiymət artımını Amerika dollarının kursu ilə bağlı olduğunu iddia edirlər. Ancaq maraqlısı odur ki, hazırda Amerika dollarının dəyəri manata nisbətən sabit vəziyyətdədir və əvvəlki aylarla, hətta keçən illə müqayisədə dollar o qədər də baha deyil. Bəs bunun qarşılığında ərzaq məhsullarının qiymətinin artımı nə ilə bağlıdır? Yaranmış vəziyyətdən istifadə edən bəzi ticarətçilər süni qoymət artımınamı yol verirlər? Bu və ya digər məsələlərlə bağlı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifova müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə Fikrət Yusifov qiymət artımını doğuran səbəblər barədə danışıb.

Fikrət Yusifov: "Dövlətin sahibkara, iş adamına bu qədər üz çevirdiyi bir dönəmdə, iş adamlarının yersiz qiymət artımları hesabına cəmiyyətdə narazılıq yaratması nə qədər doğrudur?"

Son günlər bazarlarda, eləcə də iri supermarketlərdə ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bir çoxları bunu normal hesab edərək adətən Novruz bayramı ərəfəsində qiymət artımının baş verdiyini söyləyirlər. Ticarətçilər isə qiymət artımını Amerika dollarının kursu ilə bağlı olduğunu iddia edirlər. Ancaq maraqlısı odur ki, hazırda Amerika dollarının dəyəri manata nisbətən sabit vəziyyətdədir və əvvəlki aylarla, hətta keçən illə müqayisədə dollar o qədər də baha deyil. Bəs bunun qarşılığında ərzaq məhsullarının qiymətinin artımı nə ilə bağlıdır? Yaranmış vəziyyətdən istifadə edən bəzi ticarətçilər süni qoymət artımınamı yol verirlər? Bu və ya digər məsələlərlə bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov qiymət artımını doğuran səbəblər barədə danışıb.

-Fikrət müəllim, son günlər bazarlarda, iri supermarketlərdə ərzaq məhsullarının qiymətində kəskin şəkildə artım müşahidə edilir. Sizcə, bu hansı amillərlə bağlıdır?

-Manatın məzənnəsinin sabitləşdiyi indiki mərhəllədə ərzaq məhsullarının qiymətlərində artımın baş verəcəyi bir o qədər gözləninlən deyildi. Bu gün qiymətlərdə artım baş verirsə, onun iki mümkün səbəbi ola bilər. Birincisi, cari ilin fevral ayının əvvəllərinə qədər manatın məzənnəsinin son həddə qədər ucuzlaşdığı bir dönəmdə daha baha dollarla alınıb gətirilmiş malların indi satışa çıxarılması. İkincisi, bizim ticarətçilərin ənənəvi "bayram səxavətlərinin" vaxtının yaxınlaşması.

-Əvvəl ticarətçilər qiymət artımını Amerika dollarının bahalaşması ilə əlaqələndirirdilər. Ancaq hazırda dolların qiyməti demək olar ki, sabitdir. Amma buna baxmayaraq iri supermarketlərdə belə qiymət artımının müşahidə edilməsi bunun süni şəkildə baş verməsindən xəbər vermirmi?

--Manatın məzənnəsində son aylarda baş vermiş prosseslərdən bəzi ticarət adamlarının "məharətlə" istifadə etməsi heç şübhəsizdir. Təcrübə göstərir ki, ticarət sferasında "oturuşmuş dəllalar" bu yoladan heç vaxt əl çəkən deyillər. Onlar əsassız qiymət şişirtmələrinə yol verməməklə bağlı hökumətin tövsiyyələrini həmişə olduğu kimi yenə də eşitməyəcəklər.

-Dövlətin sahibkarlara, ticarətçilərə yaratdığı bu qədər şəraitin qarşılığında onların süni qiymət artımına rəvac verməsi nə dərəcədə məntiqlidir?

--Fikrimcə əsassız qiymət artımına getməklə əsassız da qazanc əldə edənlərə qarşı daha ciddi sanksiyaların tətbiq edilməsinin artıq vaxtı çatıb. Əsassız qiymət artımları hesabına əldə edilmiş külli miqdarda mənfəəətin bir neçə qatının onların əlindən alınaraq dövlətin büdcəsinə köçürülməsi bu özbaşınalığın qarşısının alınmasının ən səmərəli yolu olardı.

-Ümumiyyətlə, bu tendensiya artan xətt üzrə davam edəcək, yoxsa bayramdan sonra ərzaq məhsullarının qiymıətində enmə müşahidə ediləcək?

-Bu gün dövlətin sahibkara, iş adamına bu qədər üz çevirdiyi bir dönəmdə, iş adamlarının yersiz qiymət artımları hesabına cəmiyyətdə narazılıq yaratması nə qədər doğrudur? Dövlət buna necə biganə ola bilər? Baxın, son il yarım ərzində sahibkarların fəaliyyətini asanlaşdıran, onlara gömrük və vergi sahəsində aparılan sadələşmələr yolu ilə hərtərəfli yaşıl işıq yandıran hökumətin bu addımlarına onlar nə ilə cavab verirlər? Belə olan halda dediyimiz sanksiyaların işə düşməsi hər şeyi öz yerinə qoya bilər. Bu addımlar vəziyyətin əsasən inzibati yollarla tənzimlənməsini nəzərdə tutan addımlardı.

-Bir iqtisadçı kimi vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

-Süni qiymət artımının qarşısının alınmasının ən gerçək yolu isə məhsul bolluğunun yaradılmasından keçir. Bu gün Azərbaycanda real sektorun inkişafı istiqamətində görülən bütün tədbirlərin də hədəfi məhz budur. Yaxın gələcəkdə yaranacaq məhsul bolluqdan sonra belə məsələlərin yerli - yersiz gündəmə gəlməyəcəyi də bir həqiqətdir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31