ABŞ İranın qarşısından necə qaçdı...
Pentaqon Fars körfəzindəki İran hərbi gəmilərinin manevrlərindən narahatdır. Pentaqondan yayılan məlumata görə, İrana məxsus gəmilər təhlükəli və qeyri-peşəkar davranırlar. Martın 2-də bir İran gəmisi ABŞ-ın keşikçi gəmisinin 150 metrliyinə yaxınlaşıb. Martın 4-də isə bir neçə hərbi katerin eyni ABŞ gəmisinə və 3 Britaniya gəmisinə yaxınlaşdığı qeydə alınıb.
7 Mart 2017 15:27 DünyaPentaqon Fars körfəzindəki İran hərbi gəmilərinin manevrlərindən narahatdır. Pentaqondan yayılan məlumata görə, İrana məxsus gəmilər təhlükəli və qeyri-peşəkar davranırlar. Martın 2-də bir İran gəmisi ABŞ-ın keşikçi gəmisinin 150 metrliyinə yaxınlaşıb. Martın 4-də isə bir neçə hərbi katerin eyni ABŞ gəmisinə və 3 Britaniya gəmisinə yaxınlaşdığı qeydə alınıb.
Pentaqonun sözçüsü kapitan Ceff Devis hər iki halda ABŞ gəmisinin kursu dəyişməli olduğunu, toqquşmadan qaçmağa çalışdığını deyib. C.Devis bu cür manevrlərin onları əndişələndirdiyini, təxribata sürükləyə biləcəyini söyləyib, əslində, son zamanlar İran gəmilərinin davranışında irəliləyiş olduğunu da vurğulayıb.
Fars körfəzində İran və ABŞ gəmiləri arasında belə insidentlər ildə bir neçə dəfə təkrarlanır. Sonuncu dəfə yanvarda ABŞ-a məxsus gəmi İran gəmisinə 3 xəbərdarlıq atəşi açmalı olub. Prezident Donald Tramp seçki kampaniyası zamanı ABŞ gəmilərini narahat edən istənilən İran gəmisinin məhv ediləcəyini söyləmişdi. ("Azadlıq" radiosu)