Gündəm
Oğrudan odlu silah götürülüb
Fevralın 8-də Quba rayon sakini Aqil Ələkbərova məxsus yardımçı təsərrüfatdan məişət əşyaları oğurlnıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinən Çiləgir kənd sakini, əvvəllər məhkum olunmuş Zabit Hacıyev Quba RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırmalar zamanı onun 2010-cu il dekabrın 5-də qardaşı Bəhmanın qol və ayaq nahiyələrinə tüfəngdən atəş açaraq yüngül xəsarət yetirməsi də müəyyən edilib. RPŞ əməkdaşları tərəfindən B.Hacıyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi, 12 ədəd patron, 1 qutu barıt aşkar edilərək götürülüb.
Keçmiş məhkum qadının telefonunu oğurladı
Fevralın 15-də metronun "28 May" stansiyasının platformasında Şəki şəhər sakini İlahə Nəsibovanın cibindən mobil telefonunu oğurlanıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Əli İsayev tutulub.
Rusiyada "qəribə" adlar qadağan edilib
Rusiya Dövlət Duması birinci oxunuşda adların qeydiyyatı zamanı rəqəmlər, simvollar və ya onların istənilən kombinasiyası, abbreviaturalar, vəzifələr, ranqlar və ədəbi dilin normalarına uyğun olmayan sözlərdən istifadə edilməsini qadağan edən qanun layihəsini qəbul edib.
Səbaildə qətl törədən şəxs tutulub
Martın 4-də saat 06 radələrində Səbail rayonunun Bayıl qəsəbəsindən Şamaxı rayon sakini, 25 yaşlı Ceyhun Qurbanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Paşayev tutulub.
Milli Məclisin iclasının ikinci hissəsi təxirə salınıb
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınıb.“Olaylar”ın məlumatına görə, iclasın davamı martın 10-da keçiriləcək. Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i qəbul edilib.
Almatıda “Teatr baharı - 2017”
Mart ayının 13-dən 18-dək Almatıda M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı - 2017” festivalı baş tutacaq. 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən Festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən bu ilki festival çərçivəsində həmçinin “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Deputat: "Birinci vitse-prezident Mehriban Əliyeva bu yüksək vəzifəyə layiq olduğunu uğurlu fəaliyyəti ilə sübuta yetirib"
"Çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə ürəkdən təbrik edirəm. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Əlbəttə, mən bir millət vəkili olaraq, Mehriban xanım Əliyevanın ölkəmizi və Azərbaycan qadınını bütün dünyada yüksək səviyyədə təmsil etməsindən və bu yolda əldə etdiyi uğurlardan qürur hissi keçirirəm". Bunu deputat Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Məktəblərdə "8 Mart pulu" yığılması haqda RƏSMİ AÇIQLAMA
"8 Mart və digər özəl bayramlarda şagirdlərdən pul istənilməsinin bir çox hallarda təşəbbüskarları müəllimlərdir". Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sədri Məhəbbət Vəliyeva deyib.
Kukla Teatrında “Açıq qapı”
Qədim ənənələrə malik peşəkar milli teatrımızın yaranma tarixi, 10 Mart – Azərbaycan Milli Teatr Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında bayram tədbiri keçiriləcək. Teatrdan “Olaylar” – a bildirilib ki, martın 9-da (saat 19.00) teatrda bayram tədbiri baş tutacaq.Mərasimdə milli peşəkar Azərbaycan teatrının keçdiyi yola nəzər salınacaq, 85 yaşını qeyd edən Azərbaycan Dövlət Kukla Teatrının tarixini əks etdirən videoçarx nümayiş olunacaq. Ardınca tamaşaçılara teatrın repertuarında yer alan əksər tamaşalardan ibarət səhnə çələngi təqdim olunacaq.
Sarayda konsert
Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Bilik Fondu İslam ölkələrinin səfirləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İslam Həmrəyliyi ili" çərçivəsində İslam ölkələrinin respublikamızdakı səfirlikləri və diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır. Fonddan “Olaylar” – a bildirilib ki, bu münasibətlə ötən gün Bilik Fondunun ilk qonağı Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haq olub.
“İçəri Şəhər” Hindistanda
İlqar Safatın “İçəri Şəhər” bədii filmi Hindistanın Kottayam və Nilambur Beynəlxalq Film Festivallarıına dəvət alıb. Filmin nümayişləri 8-12 mart tarixlərində Kerala ştatının Kottayam şəhərində, 17-21 mart tarixlərində Nilambur şəhərində baş tutacaq. Nümayişlər Kerala Beynəlxalq Film Festivalının dəstəyi ilə keçirilir.
Xocalı məktəblilərinə kitablar hədiyyə olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində olublar. Fonddan “Olaylar” – a bildirilib ki, məktəblilərlə görüşən sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov onlara hərtərəfli inkişaf etmək və cəmiyyətdə öz yerini tutaraq layiqli vətəndaş kimi yetişmək üçün kitabların rolundan danışıblar. Uşaqların mütaliəyə marağını stimullaşdırmaq məqsədilə bu dəfə Xocalı məktəblilərinə Azərbaycan Yazıçıllar Birliyinin katibi Rəşad Məcidin hədiyyə etdiyi 50 adda bədii kitab bağışlanıb. Şagirdlər öz yazdıqları şeirlərdən parçalar səsləndiriblər.
Əflatun Amaşovdan Ombudsmana irad
“Hesab edirəm ki, insan hüquqları üzrə müvəkkilin 2016-cı il üçün hesabatı qənaətbəxşdir. Hesabatdanda göründüyü kimi Ombudsman üzərinə düşən bütün sahələrdə fəaliyyət göstərib”.
“AtaBank”-dan Avroviziya 2017 Mahnı Müsabiqəsinə bilet qazanmaq şansı
“AtaBank”-ın Visa plastik kart sahibləri mart ayının 6-dan etibarən Avroviziya Mahnı Müsabiqəsi 2017-nin yarımfinal mərhələsinə VIP biletlər qazanmaq şansı əldə etmiş olular. Bankdan “OLAYLAR”-a bildirilib ki, 06.03.2017 - 20.04.2017 tarixlərində “AtaBank”-ın istənilən Visa plastik kartı ilə nağdsız ödəniş aparan hər kəs “Biz eyni dalğadayıq” şüarı altında stimullaşdırcı lotereyada iştirak etmək hüququ qazanır.










.jpg)



